reklam
Messi Honkonq millisi ilə oyunda iştirak etməməsinin səbəbini açıqlayıb Messi Honkonq millisi ilə oyunda iştirak etməməsinin səbəbini açıqlayıb https://loading.az/uploads/posts/2024-02/1707381386_416449000_1332933510746204_4819866165707633064_n.jpg
HASANLY

HASANLY İdman 8-02-2024, 12:36

Messi Honkonq millisi ilə oyunda iştirak etməməsinin səbəbini açıqlayıb

Messi Honkonq millisi ilə oyunda iştirak etməməsinin səbəbini açıqlayıb
“İnter Mayami”nin hücumçusu Lionel Messi Çin və ispan dillərində yazı dərc edərək, Honkonq millisi ilə yoldaşlıq görüşündə (4:1) iştirak etməməsinin səbəbini açıqlayıb.

“Çin və Honkonqdakı bütün azarkeşlərə və dostlara salamlar. Mətbuat konfransında da dediyim kimi, qasıq nahiyəsindən aldığım zədə səbəbindən Honkonqdakı yoldaşlıq oyununda meydana çıxa bilmədiyim üçün üzr istəyirəm. Zədəm inkişaf etdi və bu mənə ağrı verirdi. Məni tanıyan dostlar bilirlər ki, hər oyunda əlimdən gələni edirəm.

Ümid edirəm ki, hələ də Honkonqa səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq. Mən də tezliklə Çinə qayıtmağı və sizinlə futbol sevincini bölüşməyi səbirsizliklə gözləyirəm”, - deyə Messi bildirib.
Qeyd edək ki, Messinin yoldaşlıq görüşündə meydanda olmaması azarkeşlərin, eləcə də Honkonq və Çinin dövlət rəsmilərinin geniş narazılığına səbəb olub. Azarkeşlər də meydana çıxmayan argentinalını və hücumçu Luis Suaresi fitə basıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
76 68 90 71 81 100

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.