Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Avara_Şair
Xəbər 103
Cəmi: 939
Kənan Heydərov
Xəbər 91
Cəmi: 3951
ODiNoKiY_VoLK
Xəbər 3
Cəmi: 299
JokeR
Xəbər 2
Cəmi: 11
Ümidli gözəl
Xəbər 2
Cəmi: 221

Reklam

Bir dəfə klik edin
loading.az

Son Şərhlər

Əlavə edilmiş son şərhlər

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,5 Milyon
3) Avara_Şair » 639,1 Min
4) ❤Hicablı❤qadın❤ » 479,2 Min
5) Sol Meleyim » 455,8 Min
6) Sensiz darixiram » 392,8 Min
7) _Uğurböceyi_ » 380,1 Min
8) L e o n » 357,2 Min
9) AzizA » 291,6 Min
10) Elnare » 221 Min
11) _Yene_Tenha_ » 220,2 Min
12) Ümidli gözəl » 177,1 Min
13) poppy » 145,5 Min
14) SeKeRCiK » 139,3 Min
15) amon » 134,2 Min
16) _O.R.X.A.N_ » 121,9 Min
17) Nani_Fit » 87,1 Min
18) pandisim » 82,8 Min
19) sessiz musiqim » 81,8 Min
20) Love Angel » 77,1 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Reklam

Bir dəfə klik edin
loading.az

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Elnare
Şərh: 3
Cəmi: 1496
JokeR
Şərh: 2
Cəmi: 38
Avara_Şair
Şərh: 1
Cəmi: 300
Sensiz darixiram
Şərh: 1
Cəmi: 3741

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Avara_Şair
Bugün 2114
Cəmi: 2114
Ümidli gözəl
Bugün 1818
Cəmi: 1818
Kənan Heydərov
Bugün 1169
Cəmi: 1169
Love Angel
Bugün 644
Cəmi: 644
_Uğurböceyi_
Bugün 599
Cəmi: 599
Elnare
Bugün 581
Cəmi: 581
Sol Meleyim
Bugün 570
Cəmi: 570
JokeR
Bugün 510
Cəmi: 510
L e o n
Bugün 440
Cəmi: 440
son nefes
Bugün 270
Cəmi: 270

Yuxu yozmaları R hərfi

Radio, teleqraf – Röyada teleqrafla bir xəbər və ya göstəriş almaq – təcili səfərə çıxacağınıza yozulur. Radiodan musiqi dinləmək – çox sevdiyiniz bir dostunuzla, yaxud sevgilinizlə keçirəcəyiniz xoşbəxt günlərə işarə sayılır. Radiodan bir veriliş dinləmək – işinizdə ortaya çıxacaq əndişəni, üzüntünü xəbər verir.
Razılığa gəlmək – yuxuda bir adamla ittifaqa girmək, razılğa gəlmək – mal və pul itkisinə işarədir.
Raket – həyatda böyük uğurlar qazanacaqsınız.
Rakı (içki) – ağır xəstəliyə yozulur.
Ramazan ayı – ramazan ayı ilə ilgili yuxular həmişə xeyrə yozulur; bolluq, bərəkət, sağlıq və Tanrının rəhməti anlamına gəlir.


Rahib – xoş xəbərə yozulur. Röyanı görən qadındırsa – hamilə qalacaq; kişidirsə – işlərində uğur qazanacaq.
Rahibə – röyada rahibə görmək – dünya zövqlərindən artıq əl çəkməyin vaxtı yetişdiyinə və düzgün həyat tərzinin gərəkdiyinə işarədir.
Reaktiv təyyarə – röyasında reaktiv təyyarə görən adam qısa zamanda bir uğur qazanacaq və buna paxıllıq edənlər tapılacaq.
Revolver – heç gözləmədiyiniz adamın haqqınızda olmazın dedi-qodular yaydığına işarədir.
Rezin – röyada rezin görmək – ikiüzlü birisiylə tanışlıq quracaqsınız. Onunla bir işə girəcək olsanız, böyük ölçüdə zərərə uğrayacaq, pul və etibarınızdan olacaqsınız.
Reyhan – şadlığa, sevincə və xoşbəxtliyə yozulur. Reyhan çiçəyi röyada, ümumiyyətlə xeyirə əlamət sayılır. Röyanı görən kişidirsə – yaxın vaxtlarda xəyallarındakı qadınla evlənəcəkdir. Qadının röyada reyhan görməsi – böyük miqdarda pul sahibi olacaqdır.
Reklam – Yaxın günlərdə bir adam sizi acınacaqlı bir vəziyyətdə aldadacaq. Diqqətli olmanız gərəkdir.
Rels – yuxuda qatar relsi görmək – çox uzun və yorucu bir səfərə yozulur.
Resept (nüsxə) – yüngül bir xəstəliyə işarədir.
Restoran (yeməkxana) – İzdihamlı bir restoranda ora-bura vurnuxmaq – işdə canınızı sıxacaq xırda-para olayların olacağına işarədir. İzdihamlı bir restoranda nahar etmək – yüksək mövqe və məqam uğrunda bəhsdə rəqiblərinizin hamısına üstün gələcəksiniz. Bir restoranda özünü tək oturan görmək – o anda başladığınız işin uğurlu olmayacağına işarədir. Röyada bir restoranda qarsonluq etmək – təzə bir iş meydanına atılacaq və bu o işdə əvvəlkinə nisbətən daha xoşbəxt, daha uğurlu olacaqsınız.
Rəqs etmək – röyada rəqs etmək – qadın olsun, ya kişi, yuxu görənin işlərinin pozuq keçəcəyinə işarədir.
Rəzə (qapının siyirməsi) – röyada öz qapısının rəzəsini çəkib bağlamaq – sizə münasibətdə hiddətli və qəzəbli olan birisinin üstünlüyünə yozulur. Qapının rəzəylə bağlanmış görmək – röya sahibi dünya əmrlərini öyrənməyə yetənəkli (qabiliyyətli) deyil. Yuxuda evinin qapısının istəmədiyi halda bağlandığını görmək – həllində aciz qaldığınız, bacarmadığınız bir işbən çəkinməlisiniz.
Rəndə – pul itkisinə yozulur.
Rəncbər – bolluq və bərəkət anlamındadır.
Rəsm (şəkil) – röyada varlı adamın rəsm görməsi – xeyrə yozulan yuxulardandır. Kasıb adamın və ya qadının bu yuxunu görməsi – xəstəliyə işarədir. Röyada bir rəsmin sürətini çıxarmaq – iqamətgahınızı dəyişəcəyinə işarədir. Şəkil çəkmək, yaxud çəkdirmək – cavan oğlan üçün bu yuxu – boş ümidlərə qapılıb, əyri yola sapdığına işarə sayılır. Yaşlı kişilər üçün – xırda bir işdən böyük qazanc əldə etməyə; gənc qadın üçün – o qadının moda düşgünü kimi məsxərəyə qoyulduğuna; yaşlı qadın üçün – bir dostunun uğruna ürğkdən sevinəcəyinə işarə sayılır. Rəsm sərgisi – röya sahibinin uğurlu fəaliyyətini xəbər verir. Rəsm və ya tablo satın almaq – sərvətiniz və ya etibarınız artacaq, bir çox çətinliklərin öhdəsindən gələ biləcəksiniz.
Rəsmi-keçid – yuxuda bir hərbi birliyin rəsmi-keçidini, yaxud nümayiş görmək – böyük qismətə, uğurlu bəxtə əlamətdir. Diləklərinizin həyata keçəcəyini xəbər verir.
Rəssam – röyada rəssam – həmişə uğura yozulur.
Rəf – həyatda düzgün yolda olduğunuza və xoşbəxt günlər keçirəcəyinə yozulur.
Riyakarlıq – yuxuda riyakar bir adamla söhbət etmək – üzünüzə gülən, lakin arxada ayağınızın altını eşən adamlara işarədir. Diqqətli olmaq, onlardan qorunmaq lazımdır.
Rol – yuxuda bir tamaşada rol oynadığını görmək – yaxınlarda çoxlu pul qazancınız olacaq.Ancaq səhhətinizdə xırda bir nasazlıq olacağı da ehtimal daxilindədir.
Roma şəhəri – maraqlı bir eşq macərası ərəfəsindəsiniz.
Roman – yuxuda roman oxumaq – lazımsız və faydasız kitablar oxuyaraq mənasız yerə başınızı yormaqda olduğunuza işarədir.
Rüzgar (külək) – Şiddətli və soyuq rüzgar – böyük bir qorxuya əlaməydir. Xəfif və ilıq rüzgar – yaraşıqlı və alicənab bir adamla tanış olacağınıza yozulur.