Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Avara_Şair
Xəbər 290
Cəmi: 1126
Kənan Heydərov
Xəbər 278
Cəmi: 4138
Ümidli gözəl
Xəbər 3
Cəmi: 223
ODiNoKiY_VoLK
Xəbər 3
Cəmi: 299
JokeR
Xəbər 2
Cəmi: 11

Reklam

Bir dəfə klik edin
loading.az

Son Şərhlər

Əlavə edilmiş son şərhlər

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,5 Milyon
3) Avara_Şair » 641 Min
4) ❤Hicablı❤qadın❤ » 479,2 Min
5) Sol Meleyim » 455,9 Min
6) Sensiz darixiram » 392,9 Min
7) _Uğurböceyi_ » 380,1 Min
8) L e o n » 357,2 Min
9) AzizA » 291,6 Min
10) Elnare » 221 Min
11) _Yene_Tenha_ » 220,2 Min
12) Ümidli gözəl » 177,1 Min
13) poppy » 145,5 Min
14) SeKeRCiK » 139,3 Min
15) amon » 134,2 Min
16) _O.R.X.A.N_ » 121,9 Min
17) Nani_Fit » 87,1 Min
18) pandisim » 82,8 Min
19) sessiz musiqim » 81,8 Min
20) Love Angel » 77,1 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Reklam

Bir dəfə klik edin
loading.az
Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Elnare
Şərh: 5
Cəmi: 1498
JokeR
Şərh: 2
Cəmi: 38
Avara_Şair
Şərh: 2
Cəmi: 301
Kənan Heydərov
Şərh: 2
Cəmi: 7685
Sensiz darixiram
Şərh: 1
Cəmi: 3741

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Avara_Şair
Bugün 2313
Cəmi: 2313
Ümidli gözəl
Bugün 1830
Cəmi: 1830
Kənan Heydərov
Bugün 1472
Cəmi: 1472
Love Angel
Bugün 644
Cəmi: 644
_Uğurböceyi_
Bugün 599
Cəmi: 599
Elnare
Bugün 583
Cəmi: 583
Sol Meleyim
Bugün 570
Cəmi: 570
JokeR
Bugün 510
Cəmi: 510
L e o n
Bugün 440
Cəmi: 440
son nefes
Bugün 270
Cəmi: 270

Yuxu yozmaları Ü hərfi

ÜZ (sifət)-Bir kəsin yuxuda öz çöhrəsini gözəl görməsi-işlərinin yaxşı gedəcəyini, müjdə və sevinci ifadə edir.    Röyada görülən üz-sarılığa, qısqanclığa və paxllığa, ayrı-seçkiliyə, araqarışdırıcılığa və xəstəliyə işarə sayılır.    Yuxuda bədəninin ağ, üzünün qara olduğunu görmək-içiniz çölünüzdən daha sağlam və mənalıdır. Bədəninin qara, üzünün ağ olması-çölünüz içinizdən gözəldir.    Üzünün qara olduğunu görən adam çox yalan danışar.    Üzünün böyük olduğunu görməkrütbə və yüksk məqamdır.    Üzünün qırmızı və tutqun olduğunu görmək-bir bəlaya və kədərə düşəcəksiniz.    Üzünün açıq və gözəl olduğunu görən kimsə əxlaqlı və fəzilətli adamdır.    Üzünün çirkin olduğunu görmək-pisliyə, rüsvayçılığa yozulur.    Üzünün çatlayıb yarıldığını görmək-röya sahibinin həyasızlığına işarədir.

ÜZƏNGİ-Üzəngi ilə ilgili yuxular murada çatacağınıza yozulur.

ÜZMƏK-Yuxuda dənizdə üzdüyünü görən cavan oğlan yad bir məmləkətdə ürəkaçan uğurlar qazanacaqdır.    İki sevgilinin dənizdə bərabər üzməsi-gözlənilən bir fəlakət və faciənin onları izləməkdə olduğunu göstərir.

ÜZÜK-Xeyrə yozulur.

ÜZÜM-Röyada üzüm-gözəl və bol ruzidir.    Yuxusunda yerdən bir salxım üzüm qaldırdığını görən adam nir qadın tərəfindən çoxlu mala sahib olacaq.    Ağ üzüm-xeyrə, şəfaya; qara üzüm-kiçik faydaya işarədir. Lakin bu röyalar üzüntüyə və kədərə də yozula bilir.    Röyada yerə düşən üzümü qaldırmaq-az gəlirə, mənfəətə yozulur.    Yuxuda təzə üzüm görmək-xeyrə və qadın vasitəsilə əldə ediləcək gəlirə işarədir.    Başqa yozumlara görə, yuxuda üzüm-halal ruzini, dostluğu və sevgini də ifadə edir. Üzüm yemək-şərab içmək və a comərd bir adam tərəfindən əldə ediləcək ruzi anlamına da gəlir.    Üzüm sıxmaq-bolluğa, xoşbəxtliyə, şadlığa, sevincə əlamət sayılır.

ÜZÜM BAĞI-Yuxuda üzüm bağı, ümumiyyətlə, xeyrə yozulur. Aşağıdakı yozumlara bölünür:    -bağda dolaşıb üzüm toplamaq-fərəhli və nəşəli istirahətə.    -bağdan gizlicə üzüm oğurlamaq-umulmayan yedən gözlənilməz bir yaxşılıq.    -bağda üzümü torpağıyla birlikdə yığmaq-əyləncəli bir toplantıya.    -bağda üzüm urası-yaxın vaxtlarda gerçəkləşəcək toy-düyünə.    -bağdan salxım-salxım üzüm vermək-xeyirli və şad xəbərə yozulur.

ÜZÜM TƏNƏYİ-Bolluq, varlıq kimi yozulur. Üzüm tənəyi (meynəsi) yuxuda onu basdıran və yetişdirən adam üçün ən böyük şərəf hesab edilir.    Üzüm tənəyi-zəngin və şərəfli bir qadına da işarədir. Röyada budanmış üzüm tənəyi aldığını görən kimsə şərəfli və möhtərəm bir qadından mal sahibi olacaq.

ÜYÜTMƏK-Röyada buğda və ya rapa uyutmək-yeni və sevinc dolu xəbərlər alacaqsınız.

ÜLGÜC-Yuxuda ülgüc-oğlan uşağına yozulur.    Ülgüclə bir şey kəsmək-başladığınız iş yarımçıq qalmayacaqdır. Ülgüclə ət doğramaq, yaxud heyvan yaralamaq-camaatın zəhləsini töküb rahatsız etməyə, pis sözlərə işarədir.    Ülgüc-kinə, düşmənçiliyə, kədər və iztirab verən acı dilə də yozulur.

ÜNNAB AĞACI-Xoşbəxtliyə və sevincə yozulur.

ÜRPƏRMƏK-Kiçik bir rahatsızlığa işarədir.

ÜSYAN-Röyada bir üsyan olayı görmək-röya sahibi yaxın vaxtlarda dostlarının onun haqqında yaydığı dedi-qodulardan xəbər tutacaqdır. Üsyan uğursuzluqla sona çatmışsa, röyanı görən pis bir xəbərlə qarşılaşacaqdır.

ÜTÜ-Yuxuda isti ütü görmək-çox zəkalı olduğunuza, ancaq zəkanıza gərəyindən artıq güvəndiyinizdən zərər gördüyünüzə yozulur.    Dərzi ütüsü-xoş xəbərdir.    Bir şey ütüləmək-işlərinizin düzələcəyinə işarədir.

ÜFLƏMƏK-Röyada ocağı, ocaqdakı qoru üfləmək-gizlin işin aşkar olacağına, sirr saxlayan adama sirr açnağa işarədir.    Yemək bişirmək üçün ocağı üfləmək-mənfəət məqsədiylə bir şeyi göz altına almağa yozulur. Allahın əmriylə Əzrayıl surunun (şeypurunun) üflənməsi-bu səsi yalnız röya sahibi eçitmişsə, iztirablı xəbər təkcə ona aiddir; camaat da eşitmişsə-bütün xalqın sıxıntı və qərarsızlıq içində olacağına yozulur.

ÜŞÜMƏK-Cavan oğlanın yuxuda üşüdüyünü görməsi-həyatda uğu qazanmağa əngəl olan səbəbləri başqasında yox, özünüzdə axtarmalısınız. Daha yaşlı adamlar üçün bu röya-əvvəllər əlinizdən çıxmış bir xətanın qarşınıza çıxacağına, lakin zəka və incə düşüncəylə hərəkət edərək, bunu öz yoluna qoya biləcəyinizə; evli qadınlar üçün-kiçik bir qəzadan qurtulmağa işarədir.