Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Xaliq
Xəbər 74
Cəmi: 634
Kənan Heydərov
Xəbər 25
Cəmi: 5804
amon
Xəbər 19
Cəmi: 933
Avara_Şair
Xəbər 19
Cəmi: 1608
Sol Meleyim
Xəbər 9
Cəmi: 1029
ODiNoKiY_VoLK
Xəbər 4
Cəmi: 355
Melis
Xəbər 3
Cəmi: 32
Th30
Xəbər 3
Cəmi: 60
MarveL
Xəbər 3
Cəmi: 47
_Uğurböceyi_
Xəbər 2
Cəmi: 285

Son Hədiyyə

Göndərilmiş hediyyə
JokeR » MarveL

Mesaj: 💞

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Sensiz darixiram » 411,3 Min
3) Sol Meleyim » 381,3 Min
4) L e o n » 357,2 Min
5) Avara_Şair » 303,4 Min
6) AzizA » 291,6 Min
7) Elnare » 265,1 Min
8) _Yene_Tenha_ » 220,2 Min
9) amon » 201,9 Min
10) Kamran_seaman » 200 Min
11) poppy » 144,1 Min
12) SeKeRCiK » 139,3 Min
13) Xaliq » 137,4 Min
14) Ay_işığı » 134,8 Min
15) _O.R.X.A.N_ » 120,8 Min
16) Ümidli gözəl » 89,7 Min
17) sessiz musiqim » 88,5 Min
18) Nani_Fit » 87,1 Min
19) pandisim » 83,1 Min
20) _Uğurböceyi_ » 80,3 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Xaliq
Şərh: 246
Cəmi: 869
Th30
Şərh: 55
Cəmi: 80
MarveL
Şərh: 51
Cəmi: 923
Adnur xanım
Şərh: 27
Cəmi: 120
Elnare
Şərh: 24
Cəmi: 2358
amon
Şərh: 21
Cəmi: 881
Sol Meleyim
Şərh: 21
Cəmi: 2180
Kənan Heydərov
Şərh: 14
Cəmi: 8019
_Uğurböceyi_
Şərh: 12
Cəmi: 2625
Ümidli gözəl
Şərh: 9
Cəmi: 655

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Xaliq
Bugün 1250
Cəmi: 1250
Kənan Heydərov
Bugün 1059
Cəmi: 1059
Elnare
Bugün 714
Cəmi: 714
Sensiz darixiram
Bugün 550
Cəmi: 550
Dear
Bugün 406
Cəmi: 406
amon
Bugün 399
Cəmi: 399
sessiz musiqim
Bugün 285
Cəmi: 285
ODiNoKiY_VoLK
Bugün 260
Cəmi: 260
_f_eride
Bugün 243
Cəmi: 243
GozeLoV
Bugün 219
Cəmi: 219

Yuxu yozmaları N hərfi

Nağıl – röyada nağıl dinləmək bəzi xəyalların gerçəkləşə biləcəyinə yozulur.
Naz– qəmzə – qız olsun, ya oğlan, röyada naz qəmzə satan adam eşqdə uğursuzluğa uğrayacaqdır.
Nalbənd – yuxuda nalbənd görən adam səfər zamanı avtomobil qəzasına uğraya bilər.Röya sahibi özü maşın sürəndirsə, çox diqqətli olmalı, dilinə içki vurmamalıdır. Yoxsa özünü də yanında əyləşənləri də məhv edə bilər.
Nalça (nal)– qazanca və şad xəbərə işarə sayılır.
Namaz qılmaq – röyada abdəst alıb, qaydasıyla üzü qibləyə namaz qılmaq, həccə getmək kimi haqq tərəfindən fərz olan bir şeyi ifadə edir, yaxud röya sahibi zalım bir adamdan aldığın malı və ya borcunu ödəyəcək, pis hərəkətlərdən, çirkin işlərdən kənar olacaq.
Fərz namazı qılmaq – öz yerini bilməyə və sözündə durmağa işarədir. İşsiz qalan işə girəcək, küsülü olan barışacaq. Röya sahibi imamdırsa, borca düşəcək. İmama inanandırsa, bir məsələ üzündən başqa bir adam uğrunda borca düşəcək.
Günorta namazı – qarşılıqlı köməyə, gizli bir şeyin aşkara çıxmasına, ehtiyac və istəklərin yerinə yetəcəyinə yozulur. Çünki namaz bir işi bitirmək, istənilən şeyi tamamlamaq şəklində yozulur.
Günorta namazını buludsuz və açıq havada qılmaq, röya sahibi işə başlayacaq və hamı bu işdə ona yardım edəcəkdir. O, ehtiyacı qədərincə, pula və ad sana qovuşacaqdır.Namaz buludlu və tutqun havada qılınmışsa, qayğılı və çıxıntılı xidmətə işarədir.
İkindi namazı- özünün və başqasının əvəzinə and aman etməyə və ya ölməyə, həlli vacib çətin bir işə yozulur. Namaz tamamlanmazsa, röya sahibinin işlərində çətinliklər olacaqdır.
Qürub namazını qilarkən günəş qeyb olmamışsa və ya batmamışsa, arzusunda olduğunuz bir işin artıq vaxtı keşmişdir. Röya sahibi namazını tamamlarsa, niyyət etdiyi işin vaxtı çatmış və niyyəti hasil olmuşdur deməkdir.
Axşam (yatsı) namazı – ömrün tamamına və ömrün tükənməsinə işarədir, belə ki istirahət vaxtı olduğundan, yuxuya və ya istirahətə çəkilmişdir. Anlamı ailənin məişətini təmin etməkdən ibarətdir.
Namusa toxunmaq – röyada bir başqasının namusuna toxunduğunu görən adam yaxin vaxtlarda bir pisliyə məruz qalacaq və başına olmazın bəlalar gələcək.
Nanə – xeyirə yozulmur, ölüm xəbərinə işarədir.
Nar – yuxuda yetişmiş narları yığmaq iqtidarlı bir adamla bərabər sərvətə qovuşacaqsınız. Dəyməmiş nar- xəstəliyə, ələmə, kədərə dəlalətdir.
Nar ağacı – halal mala yozulur.
Nar dənəsi – asanlıqla əldə edilən ruzidir.
Natəmizlik (çirkab) – təmizliyə yozulur.
Nafaka (aliment) – röyada nafaka görmək röya sahibinin maliyyə durumunun yaxşı olduğuna, əlindən çıxmış olan şeyin yenidən özünə qayıdacağına işarədir. Yuxuda malını məcburən sərf edildiyini və nafaka olaraq verildiyini görən adamın əcəli yaxın olar.
Naftalin – röyada naftalin görmək böyüklərinizin birindən gözləmədiyiniz bir zamanda və gözləmədiyiniz miqdarda maddi yardım görəcəksiniz.
Naxış – röyada naxış işləmək işlərinizdə uğur qazandığınız bir vaxtda eşq həyatınızda böyük bir uğursuzluğa uğrayacaqsınız. Başqa bir adamın naxış işlədiyini görmək başınıza gələcək bir olayın ucbatından milisə, polisə, məhkəmələrə, xəstəxanalara düşəcəksiniz.
Naxışlı dəsmal – röyada çəkili ( naxışlı ) dəsmal hazırlayan bir sənətçi görmək elmli bir kimsəyə və ya elçiyə, diplomata işarədir.
Nahiyyə müdiri – Bir nahiyyə müdirini yuxuda görmək dövlət dairələrində işlərinizin çətinləşəcəyinə işarədir.
Ney – yuxuda ney, tütək çalmaq oyuna əyləncəyə, fitnə fəsada işarədir.Bəzən də fərəhə sevincə yozulur. Ney çalmaq – röya sahibi oxumağı bacarırsa, qurani-kərimi oxumaqdan həzz alır və o uzun illər bol nemətə nail olacaq. Ney və tütək – bəzən də, vay-şivənlə ağlayan qadını ifadə edir. Yuxuda bir mələyin sizə ney verməsi – qabiliyyətiniz varsa, bir vilayətə vali olacaqsınız. Yuxuda qızıl ney və ya tütək tapmaq və çalmaq – röya sahibinin bilikli olduğunu və öz elmini başqalarına da öyrətdiyini göstərir. Ney çalmaq – xəstə üçün ölümə, cahil üçün dedi-qoduya, uşaq istəyən üçün övladın olacağına yozulur.
Nehrə – işlərin öz axarına düşəcəyinə, qazancın artacağına işarədir.
Nəbz – yuxuda nəbzin döyündüyünü görmək, həyat və sağlıq xəbərlərinin alınacağına yozulur.
Nəqqaş – xeyirə yozulmur. Yuxuda nəqqaş görən adam ayağına, ya da qolunu qıracaq deməkdir. Yolda-izdə diqqətli olmaq gərəkdir.
Nəğmə – yuxuda nəğmə eşitmək, şərgi söyləmək qabiliyyətinizin olmadığına işarədir.
Nənə – çoxlu uşağınız olacaq və məsud, firavan bir ömür yaşayacaqsınız.
Nərd oyunu – röyada bir dostuyla nərd oynadığını görmək, mənəvi ucalığa, hörmət-izzətə işarədir.
Nərdivan – röyada nərdivana çıxmaq, üstün və şərəfli bir iş görüb, bütün dünyada tanınmağa, şöhrətə və yüksək mərtəbəyə yetişməyə işarədir. Nərdivanla enmək – bəxtinizə çıxan xeyirli bir fürsəti əldən verəcəksiniz. Yuxuda səyyar bir nərdivanla dırmanmaq – bu röya hamı üçün önəmli bir işdə uğur qazanmaqğa və şöhrət sahibi olmağa yozulur. Röyada çıxdığınız nərdivanın qırılması – düşməninizə məğlub olacaqsınız.
Nərgiz -röyada nərgiz gözəl bir qadına əlmətdir. Başında nərgiz güllərindən hörülmüş tac görmək – gözəl bir qadınla evlənməyə, dadlı eşq həyatına işarədir. Baxçada nərgiz görmək – uzun ömürlü uşağınız olacaq. Kəsilmiş nərgiz gülü – uşağın vəfat edəcəyinə yozulur. Nərgiz bəzən də sevincə, qızıl və gümüş cəvahirat sahibi olmağa işarə sayılır.Sarı nərgiz gülü – qızıl pulu, bəyaz – gümüş puldur. Qadının yuxuda başında nərgizdən tac görməsi – davamlı olmayan ailə həyatına, evlidirsə – ərinin onu boşayacağına, yaxud ərinin vəfatına əlamət hesab edilir.
Nəsihət (məsləhət) – yuxuda düşməniniz sizə öyüd nəsihət verirsə, bu röya – xəyanəti və aldanmağı ifadə edir.
Nəstərən çiçəyi (ərik gülü)– röya sahibi çox uğurlu bir ailə quracaq. Evlidirsə xoşbəxtliyə qovuşacaqdır.
Nəfəs almaq – röyada bol-bol, dərindən nəfəs almaq, can sıxıntısına işarədir.
Nəfəs darlığı (təngnəfəslik) – sıxıntılardan qurtarmaq,yolunun artıq açıldığına işarə olaraq qəbul edilir.
Nəfəs tutulması – xəstəliyə yaxud da ölümə dəlalət edir.
Nəcis – əlinizə haram mal və ya pul keçəcəyinə, iş həyatında böyük zərərə düşəcəyinizə, yaxud xəstəliyə işarədir.
Nigah – yuxuda bir adamın tanımadığı bir qadınla nigahlandığını görməsi, röya sahibinin oruc və namaz kimi dini ayinlərə əməl etdiyinə işarədir.
Nigah məmuru – röyada nigahkəsmə məntəqəsində çalışan məmur görmək – subay adam üçün evlənməyə, evli adam üçün boşanmağa əlamət sayılır. Bu röya eyni zamanda bir anlaşmaya, müqavilə bağlanmağa da yozula bilər.
Nikel – röya sahibinin pul sarıdan ehtiyac içində olduğunu göstərir.
Nil çayı – yuxuda nil çayından su içmək və suyun çox dadlı olduğunu hiss etmək, içilən suyun miqdarı qədər qəzıla qovuşacaqsınız. Sadəcə çayı görmək isə dövlətə, iqtidarlı və qüvvətli olmağa yozulur.
Nilufər – röyada nilufər evli olmayan kimsələr üçün gözəl gələcək bal ayını xəbər verir. Evlilər üçün isə – əyləncəli istirahətə işarədir. Nilufər toplamaq – çətin bir işiniz uğurla nəticələnəcək deməkdir.
Nimdaş paltar alverçisi – tanıdığınız bir nəfər sizi yamanca aldadacaq.
Nitq söyləmək – bir yığıncaqda nitq söyləmək, rütbə və ya mənsəbiniz yüksələcəkdir.
Nişanlanmaq – röyada tanımadığınız bir adamla nişanlanmaq, xoş xəbərə yozulur. Nişanı pozmaq isə, röya yozucularına görə, xeyirə əlamət sayilmır.
Nişasta – qalmaqallı, dedi-qodulu bir ailə həyatına işarə sayılır.
Nov (navalça) – novla ilgili röyalar aşağıdakı biçimdə yozulur. Nov – şöhtətli və xoşsöhbət bir adamla dostluq edəcəksiniz. Yağmursuz bir vaxtda novdan su axdığını görmək – bir fitnə – fəsada düşəcəksiniz. Novdan qan axdığını görmək – yaşadığınız şəhərdə bəzi qanlı olaylar baş verəcəkdir. Novdan saf, dumduru su axdığını görmək – bolluq və ucuzluq olacaq. Novdan bulanıq və pis qoxulu su axdığını görmək – uğura və Tanrı yardımına yozulur.
Novruz bayramı – yuxuda özünü novruz bayramında gprmək, sevinc dolu bahara, xatirəyə çevrilmiş xoş bir günün geri dönüşünə, sıxınti və üzüntülərdən qurtulmağa, əldən getmiş malın yenidən sahibinə qayıdacağına yozulur.
Notarius – yaxşı yuxulardan sayılmır. Hərəkətlərinizdə diqqətli olmalısınız.
Noxta – dəyərli bir ərmağan alacağınıza yozulur.
Noxud – yaxın günlərdə yaxşı bir iş xəbəri alacaqsınız.
Növbətçi əsgər – röyada qaravulda duran əsgər görmək, həyatınızın əminamanlıq içində keçdiyinə işarədir.
Nöqsan (qüsur) – var-dövlətdəki kəm-kəsiri, qüsuru bildirir.
Nökər – röyada nökər görən və ya satın alan adam bolluq və xoş güzəran içində yaşayan, düşmənə üstün gələn kimsədir. Nökər zənci, yaxud həbəşdirsə – bu röya xeyrə yozulur. Nökər ağbənizdirsə – sıxıntıya, qəmə-qayğıya işarə sayılır.
Nur (aydınlıq) – doğru haqq yola işarədir. Kafir bir adamın qaranlıqdan aydınlığa çıxdığını görməsi, o kafir imana və islama pənah gətirəcək. Aydınlıqdan sonra qaranlıq – zənginlikdən yoxsulluğa, haqq yoldan azmağa və kafirliyə yozulur. Qaranlıqdan aydınlığa çıxmaq isə əksinə açıqlanır. Yuxuda nurdan paltar geymək – röya sahibi elmli, xoş rəftarlı və ibadət əhlidir.
Nuh peyğəmbər – Həzrəti Nuhu yuxuda görmək, röya sahibinin elmli, həlim xasiyyətli və ilahi ibadətlərə bağlı olduğunu xəbər verir. Bu röya düşmənlərinizin çoxluğuna, lakin onlara üstün gələcəyinizə də yozulur.Nuh əleyhissəlamı yuxuda görən adamın pis bir qadından övladı doğulacaq və o, Allaha sahib bir qul olacaqdır. Nuh peyğəmbəri yuxuda görmək, il çox yağmurlu keçəcək, ceylab və tufanlar baş alıb gedəcəkdir. Nuh peyğəmbəri yuxuda görən adam nə qədər zülmə və əzaba düçar olsa da, o, bu sıxıntilardan qurtulacaq və intiqamını alaraq zəfər qazanacaqdır. Nuh peyğəmbər qıtlıq və quraqlıq ilində görülərsə, həmin il yağmurlu keçəcək. Nuh peyğəmbəri gəmidə görmək, o gəmi və içindəkilər hər dürlü qəzadan uzaq olacaq, yaxud fitnə-fəsadçı adamlar çoxalacaq, iman əhli azalacaqdır.
Nümunəlik əşya (örpək) – röyada nümunə üçün qoyulmuş bir əşyanı almaq, bəzi arzuların gerçəkləşməsini, imkansız olduğunu göstərir.