reklam
“Atletik” “Malyorka”nı darmadağın etdi “Atletik” “Malyorka”nı darmadağın etdi https://loading.az/uploads/posts/2024-02/1706953905_417712612_1092004561998994_6237381535796379379_n.jpg
HASANLY

HASANLY İdman 3-02-2024, 13:52

“Atletik” “Malyorka”nı darmadağın etdi

“Atletik” “Malyorka”nı darmadağın etdi
“Atletik” və “Malyorka” komandalarının qarşılaşdığı İspaniya La Liqasının 23-cü turunun oyunu başa çatıb.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, komandalar Bilbaodakı (İspaniya) “San Mames” stadionunda qarşılaşıblar.

“Atletik” 4:0 hesabı ilə qalib gəlib.

“Atletik”in müdafiəçisi Yuri Berçiçe oyunun üçüncü dəqiqəsində fərqlənib. Ona Niko Uilyams köməklik edib. 13 dəqiqədən sonra Berçiçe dubla imza atıb. Matçın 65-ci dəqiqəsində Quruseta hesabı artırıb. Yekun hesabı 89-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi İker Munyain qoyub.
Beləliklə, “Atletik” 2023/2024 mövsümü üçün İspaniya çempionatının turnir cədvəlində beşinci yeri tutur. Komanda 23 oyundan sonra 45 xal toplayıb. “Malyorka” 20 xalla 15-ci yerdədir. La Liqanın turnir cədvəlinə Real Madrid (57) başçılıq edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
69 70 67 76 71 93

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.