reklam
Həyatı nəyə sərf edirik Həyatı nəyə sərf edirik http://loading.az/uploads/posts/2017-08/1501955851_20481757_134865437114025_5275093800908226560_n.jpg
Ulya

Ulya Maraqlı 5-08-2017, 17:00

Həyatı nəyə sərf edirik

Həyatı nəyə sərf edirik
Həyatı nəyə sərf edirik


Həyatı nəyə sərf edirik

Kiçik, əhəmiyyətsiz mübahisələrə,

Axmaq sözlərə, boş danışıqlara,

Incikliklərə, və qəzəblərə.

Biz həyatı nəyə sərf edirik....

Amma gərək ki, sevgiyə sərf edək!



Həyatı nəyə sərf edirik...

Məhv edirik, yandırıb yaxırıq

Lazımsız, dəyərsiz işlər üçün...

Cəmiyyətə xoş olsun deyə geyirik hərəmiz bir maska...

Biz həyatı nəyə sərf edirik...

Amma gərək ki, nəvazişə, qayğıya sərf edək!



Həyatı nəyə sərf edirik...

Imic, prestij, geyim-keçim olub əsas dərdimiz.

Yalana, ikiüzlülüyə, satqınlığa sərf edirik.

Amma gərək ki, dostluğa sərf edək həyatımızı!




Hamımız harasa tələsirik, nailiyyələr əldə edirik

Nəsə axtarırıq – nəsə də itiririk

Pullarımızı, qızıllarımızı yığıb toplayırıq

Unuduruq açlıqdan küçədə yatanları

Biz həyatı nəyə sərf edirik...

Amma gərək ki, xeyir əmələ, xeyirxahlığa sərf edək!



Naraha oluruq, əsəbləşirik, ən adi şeydən üzülürük

Hər gün daha da ciddi, sərt və soyuq oluruq

Biz həyatı nəyə sərf edirik...

Amma gərək ki, arzularımıza, xəyallarımıza sərf edək!



Xoşbəxlikdən qorxur, nağıllara daha inanmırıq

Arzulamaqdan, nəzavişdən, qayğıdan da qorxuruq

Sevməyə ehtiyat edir, sevgidən qaçırıq.

Biz həyatı nəyə sərf edirik...

Amma gərək ki, sadəcə yaşayaq və bundan zövq alaq!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
278 292 277 247 319 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.