reklam
Con Fante - "Tozdan Soruş" kitabından sitatlar Con Fante - "Tozdan Soruş" kitabından sitatlar https://loading.az/uploads/posts/2018-09/thumbs/1536164306_ozlem-mesajlari.jpg
Bertrand Russell

Bertrand Russell Statuslar 22-07-2017, 12:44

Con Fante - "Tozdan Soruş" kitabından sitatlar

Con Fante - "Tozdan Soruş" kitabından sitatlar
Con Fante - "Tozdan Soruş" kitabından sitatlar


Tozdan Soruş (İngiliscə: Ask The Dust). Əslən italyan olan amerikalı yazıçı Con Fantenin 1938-85-ci illər arasında çap olunan dörd cildlik romanlarından üçüncüsü və Los-Ancelesdəki həyatından bəhs edən yarı-avtobioqrafik əsəridir.

Kitabdan sitatlar:

- Sənin qadına ehtiyacın var, duşa ehtiyacın var, oynamaq lazımdır, sənə pul lazımdır. Deyirlər ki, bu bir dollaradır, əntiqə, ancaq sənin dolların yoxdur və bundan savayı, sən qorxaqsan. Pul olsa belə getməzsən, çünki sənin Denverdə şansın var idi, ancaq getmədin. Yox, qorxaq, sən qorxdun, hələ də qorxursan və sevinirsən ki, sənin dolların yoxdur.

- Qadından qorxmaq! Dahi yazıçıya baxın! Qadınla heç vaxt münasibəti olmadığı halda qadın haqda necə yaza bilər? Murdar saxtakar, şübhəsiz ki, yaza bilməzsən! Təəccüblü deyil ki, "Balaca it güldü" hekayəsində bircə qadın da yoxdur. Təəccüblü deyil ki, o, sevgi hekayəsi deyildi. Pozğun balaca məktəbli! Sevgi hekayəsi yazmaq və həyat haqda öyrənmək lazımdır!

- Burnumun gecəsidir, ziyafətdir, ulduzları iyləmək, gülləri iyləmək, səhranı iyləmək və yatmış tozu iyləmək.

- Ölülər yenidən dirilirmi? Kitablar deyir "yox", gecə isə qışqırır "hə".

- Ancaq sən məndən daha təmizsən, çünki satılası ağlın yoxdur, sadəcə o kasıb bədənin.

- Biz amerikanlar qum və kaktusdan imperiya yaratmışıq.

- Dolaşıqlıq, səfalət olacaq, tənha günlər bir-birini izləyəcək. Lakin təskinlik verəcək günlər, ölü qızların sevgisi tək gözəllik də olacaq. Qəhqəhələr olacaq, təmkinli qəhqəhələr.

- Üstəlik, tezliklə əzraillə görüşün olacağını dedi. Mən normalda bunu faciəvi vəziyyət adlandırardım, ancaq sənin qusuntu kimi yazılarını oxuyandan sonra - mübaliğəli də olsa, deməliyəm - gedişin hamı üçün xoş olar.

- Gözəlliyi mənə artıqlıq edirdi. Məni özümə yadlaşdırırdı, mənim üçün sakit gecələr və hündür evkalipt ağacları, səhradakı ulduzlar, torpaq və səma, bayırdakı duman idi o.

- Bircə dəfə də olsun gündüz vaxtı görüşməmişdik. Ayı gözləyən kimi gözləyirdim onu.

- Planlar qurmağa başladım. Evlənməyə ehtiyac yox idi, mənim üçün bacı-qardaş kimi yaşamaq da münasib idi. Çimməyə gedər və Balboa sahilində uzun-uzadı gəzərdik, qatı duman çökəndə ocağın kənarında oturub qızınardıq, külək dənizi cuşa gətirəndə qalın yorğanların altında yatardıq. Əsas ideya bu idi. Bir az da bəzəkli, şirin sözlərlə zənginləşdirib, fikrimi qulağına pıçıldadım, gülümsündü, ağladı.

- Küçəyə gəzməyə çıxdım. Allahım, yenidən buradayam, şəhəri dolaşıram. Ətrafımdakı üzlərə baxırdım, bilirdim ki, mənimki də onlarınkı kimidir. Qansız üzlər, sərt üzlər, narahat və bitkin üzlər. Bu simalar köklərindən qoparılmış və rəngləri sürətlə solan güllərə oxşayırdı. Bu şəhərdən çıxıb getməliydim.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
475 477 466 509 423 469

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.