reklam
Zürafəni öldürüb ürəyini çıxaran qadın qalmaqala SƏBƏB OLDU - FOTO Zürafəni öldürüb ürəyini çıxaran qadın qalmaqala SƏBƏB OLDU - FOTO https://loading.az/uploads/posts/2021-03/thumbs/1615135830_loading.az_20-49-36-926478_2.jpg
Kənan Heydərov

Kənan Heydərov Maraqlı 7-03-2021, 23:30

Zürafəni öldürüb ürəyini çıxaran qadın qalmaqala SƏBƏB OLDU - FOTO

Zürafəni öldürüb ürəyini çıxaran qadın qalmaqala SƏBƏB OLDU - FOTO
Cənubi Afrikada yaşayan Merelize Van Der Merwe adlı bir qadın zürafə ürəyi ilə şəkil çəkdirərək, fotosunu sosial media hesabında yayımlayıb.

LOADiNG.AZ musavat.com-a istinadən bildirir ki, "Ov idmanı" adı altında dünyanın bir çox yerində fərqli heyvanları ovlamaq üçün tenderlər keçirilir. Bu tenderlərlə ovçular müəyyən bir ödəniş müqabilində bir canlının canını almaq haqqına sahibdirlər. Bəziləri bunu sadəcə heyvanlarla poz vermək üçün edirlər. "İdman" adı altında heyvan ovlamağın adını "trophy hunting" qoyublar. Bu konsepsiya, əslində, xatirə ovu deməkdir. Bu növ ovda, ümumiyyətlə, öldürülən heyvanın başı, dərisi və ya buynuzu xatirə məqsədilə saxlanılır. Ətindən bəzi hallarda qida kimi istifadə olunur. Bu ağlasığmaz vəhşiliyi dəstəkləyənlər və dəstəkləməyənlər var.

Merelize Van Der Merve adlı qadın bunu dəstəkləyənlərdən biridir. Merelize Van Der Mervenin həyat yoldaşı zürafəni öldürüb qəlbi ilə poz verə bilməsi üçün təxminən 2000 dollar ödəyib. Mətbuatda və sosial mediada əks olunan bu xəbər heyvansevərlərin sərt reaksiyasına səbəb olub.

Təfərrüatları birlikdə nəzərdən keçirək

Zürafənin ürəyi ilə şəkil çəkdirərək fotosunu sosial media hesabında paylaşayan qadın "Heç zürafənin ürəyinin nə qədər böyük olduğunu düşünmüsən?",- sözlərini yazıb.

32 yaşlı Der Mervenin paylaşımı, xüsusilə, heyvan haqları fəalları qrupları arasında qəzəbə səbəb olub. Zürafə ovlamaq Merelize Van Der Mervenin xəyalı olub və həyat yoldaşı ona sevgililər günündə bu ovu hədiyyə edib.

Sərt reaksiyalara görə özünü müdafiə edən gənc qadın mətbuata açıqlama verərək bunlar deyib: "Həyat yoldaşım bunun mənim arzum olduğunu bilirdi. O gün çox həyəcanlı idim. Burada böyüdüləcək bir məsələ yoxdur. Bu ovlar Cənubi Afrikada vəhşi həyatı qorumağa, o cümlədən də turizm və məşğulluğa kömək edir".

Der Merve ovçular haqqında maraqlı fikirlər səsləndirib. O, ovçuların nəsli kəsilməkdə olan bir çox heyvanın həyatını xilas etdiyini deyib: "Ovçular bir çox heyvan növünün yox olma təhlükəsinə qarşı mübarizələr aparıb. Ovçuluq qadağan edilərsə, heyvanlar dəyərsizləşəcək və sıradan insanlar tərəfindən məhv ediləcəklər. Bu heyvanları qoruyan tək insanlar ovçulardır".

Gənc qadın sonda beş yaşından bəri ovçuluğa maraq göstərdiyini və aslanlar, fillər də daxil olmaqla 500-ə qədər heyvanı öldürdüyünü söyləyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
180 192 199 203 168 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.