reklam
62 illik Mercedes-Benz alıcısını gözləyir 62 illik Mercedes-Benz alıcısını gözləyir https://loading.az/uploads/posts/2021-03/thumbs/1615109524_loading.az_921463.jpg
ice berg

ice berg Avto Dünya 7-03-2021, 13:37

62 illik Mercedes-Benz alıcısını gözləyir

62 illik Mercedes-Benz alıcısını gözləyir
Bring a Trailer hərracında 1952-ci ilin qara rəngli Mercedes-Benz 220 Cabriolet A modeli satışa çıxarılıb. Ömrü boyu demək olar ki, bir şəxsə məxsus olmuş nadir modelə təklif 64.500 dollara çatıb.

LoaDinG.aZ autograph.az-a istinadən bildirir ki, Mercedes-Benz 220 Cabriolet A modeli 1951-ci ilin aprelində Frankfurtda keçirilən ilk Beynəlxalq Avtomobil Sərgisində debüt edib. Dörd il ərzində şirkət 1300 ədədə yaxın kabriolet istehsal edib. Bu kabrioletin əsas xüsusiyyəti ön qanadlara inteqrasiya endirilmiş fənərlər və hərəkət istiqamətinin əksinə açılan qapılardır. Cabriolet A qohum Cabriolet B modelindən hamar kuzov xətləri və daha geniş salonu ilə seçilir.

Satışa çıxarılan nüsxə 1952-ci ildə buraxılıb. Buraxıldıqdan 7 il sonra, kabriolet bu günə qədər avtomobilə sahib olan şəxs tərəfindən əldə edilib. 62 illik istismar müddətində avtomobil 49.000 kilometr yol qət edib. Təmir izləri olan bir neçə detal və çatlamış qatlanan yumşaq dam istisna olmaqla, avtomobil yaxşı qorunub-saxlanılıb. Kabrioletin bütün aqreqatları yaxşı vəziyyətdədir.

Avtomobilin salonu qəhvəyi dəri və təbii ağacla bəzədilib. Kabrioletin təchizatına radioqəbuledici və firma çamadan dəsti daxildir. Raritetin kapotunun altında, dörd pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 80 at qüvvəli 2,2-litrlik sıralı altısilindrli mühərrik yerləşir



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
275 258 266 256 280 293

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.