reklam
Vətənpərvərliyi ilə seçilən azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə QALİB OLDU Vətənpərvərliyi ilə seçilən azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə QALİB OLDU https://loading.az/uploads/posts/2020-10/thumbs/1604058083_loading.az_14_61604047318.jpg
HASANLY

HASANLY Azərbaycan 30-10-2020, 15:42

Vətənpərvərliyi ilə seçilən azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə QALİB OLDU

Vətənpərvərliyi ilə seçilən azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə QALİB OLDU
Bu yaxınlarda Qazaxıstanın Almatı şəhərində "TESSA" VI Beynəlxalq musiqi müsabiqəsi keçirilib.

Loading.Az xəbər verir ki, uşaqların, gənclərin və böyüklərin yaradıcılıq potensialını açıqlamaq məqsədi ilə təşkil olunan "TESSA MUSIC CONSEST" müsabiqəsi instrumental və vokal ifaçıların yaradıcı solo və ansambl ifaçılarının peşəkar səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Müsabiqə üç ölkəni əhatə edir – Azərbaycan, Rusiya, Qazaxıstan. Müsabiqə iştirakçılarını adları çəkilən ölkələrin aparıcı musiqiçiləri qiymətləndirib.

Bu müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, gözəl tenor səsə malik Rüfət Piriyev Qran-Pri mükafatını qazanıb.
Vətənpərvərliyi ilə seçilən azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə QALİB OLDU
Qeyd edək ki, Rüfət Piriyev vokal ixtisası üzrə böyük ifaçılıq və pedaqoji təcrübəyə malik olan BMA-nın dosenti Svetlana Mirzəyevanın, opera-səhnə sənətləri üzrə Azərbaycanın ilk qadin rejissoru, Azərbaycan SSR dövlət mükafatlar laureatı, SSRİ xalq artisti Gülcahan Güləhmədova-Martınovanın sinfini bitirib.

O, tələbəlik illərindən Akademiyanın, Binəqədi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının tədbirlərində yeni kompozisiyalarla – "Ulu öndər" (sözlər – Qabil Ədalət, musiqi – Aytən Oqtayqızı), "Heydərimiz" (sözlər – Gülər Əlvanqızı, musiqi – Aytən Oqtayqızı) və s. – fəal iştirak edib.

İndiki müharibə dövründə də vətənpərvər oğullarımızı, əsgərlərimizi yaddan çıxarmır, öz yeni ifaları ilə töhfələrini vermiş olur. Onun ifasında bir çox vətənpərvər mahnılar səslənib, onların sırasında "Başın sağ olsun, Vətən" (sözlər – Qabil Ədalət, musiqi – Aytən Oqtayqızı), "Gözəl yurdum Azərbaycan (sözlər – Gülər Əlvanqızı, musiqi – Aytən Oqtayqızı), "Azərbaycanım mənim" (sözlər – İlqar Namazov, musiqi – Aytən Oqtayqızı) və digərlərinin adlarını çəkmək olar.

Rüfət Piriyev daim öz üzərində işləyir, konsert, müsabiqə və digər tədbirlərdə fəal iştirak edir. eyni zamanda o, elmi və pedaqoji fəaliyyəti ilə də məşğul olur, müxtəlif konfranslarda çıxış edir, məqalələr dərc edir, şagirdlər yetişdirir.

Hazırda vokalçı elmi dərəcə almaq üçün dissertasiya üzərində işləyir. Eyni zamanda aktual mövzularda kompozisiyalar hazırlayır ("İlhamla irəli", "Ulu xalqım", "Azərbaycan əsgəri").

Gənc musiqiçiyə yeni-yeni uğurlar arzulayırıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 285 252 293 254 256

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.