reklam
Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - FOTO/VİDEO Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - FOTO/VİDEO https://loading.az/uploads/posts/2020-03/thumbs/1585119655_loading.az_1.jpg

Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - FOTO/VİDEO

Çinin Şanxay şəhərində 30 yaşlı bir ata çölə çıxarkən övladını koronavirusdan müdafiə etmək üçün qeyri-adi ixtiraya imza atıb. Onun yeni layihəsi hamı tərəfindən bəyənilib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, Bai Ying adlı şəxs uşağı təhlükəsizlik şəraitində saxlayan və daşına bilən kapsul hazırlayıb. Yeni qurğu hava filtri, içəridə karbondioksid sıxlığını və istiliyi göstərən monitor, həmçinin valideynlərin uşağa təmas etmədən toxunmasına imkan verən steril bir əlcəklə təchiz olunub.

Bai Ying yeni ixtirası barədə danışarkən uşaqların tənəffüs sisteminin zəif olduğundan maska taxmağın onlarda oksigen çatışmazlığına səbəb ola biləcəyini deyib. 

O, kapsulu “Death Stranding” video oyununa baxaraq hazırladığını vurğulayıb.

Bai Ying kapsuldan daha çox istehsal etmək üçün artıq bir firma ilə danışıqlara başladığını əlavə edib.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
117 141 168 145 132 112

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.