reklam
Maraqlı dini hekayə Maraqlı dini hekayə https://i.pinimg.com/originals/11/ac/ea/11aceaf36992d976da065b0b1e8784d6.gif

Maraqlı dini hekayə

Maraqlı dini hekayə
Bir gün islam aliminin yanına bir dinsiz gəlir və ondan 3 sual soruşur:

1- Allah varsa mənə göstərə bilərsənmi?
2- Hər şey Allahın izni ilə olursa, onda niyə günahkar cəza görür?
3- Şeytan atəşdən yaradıldığı halda ona cəhənnəm atəşi necə təsir edə bilər?
Alim bu sualları soyuqqanliliqla dinləyir. Sonra da yerdən bir kərpic parçası götürüb inkarcının başına vurur. Başı yarılan inkarcı alimi məhkəməyə verir

.
Hakim alimdən soruşur:


- Bunun başına kərpic vurmusan eləmi?
- Məndən 3 sual soruşmuşdu, həmin suallarına qarşılıq kərpici vurdum.
Necə?
- İzah edim. Allah varsa mənə göster demişdi. Başının agrıdığını iddia edirsə, göstərsin. İkinci olaraq da hər şey Allahın iznin ilə olursa, onda günahkar niyə cəza görür? Dedi. O zaman soruşun məni niyə məhkəməyə verdi? Üçüncü olaraq atəşdən yaradılan şeytana cəhənnəm atəşi necə təsir edə bilər? Deyə soruşdu. Cavabını aldı. Özu torpaqdan yarandığı halda, necə olur ki, torpaqdan yaradılan kərpic ona təsir etdi?!
Bu cavablardan sonra alimə bəraət verildi... 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
781 701 697 684 753 668

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.