reklam
Hər kəsi heyrətə gətirən 61 illik retro avtomobil - FOTO Hər kəsi heyrətə gətirən 61 illik retro avtomobil - FOTO https://loading.az/uploads/posts/2019-01/thumbs/1547017317_1_51546942969.jpg
Esmeralda

Esmeralda Avto Dünya 9-01-2019, 11:02

Hər kəsi heyrətə gətirən 61 illik retro avtomobil - FOTO

Hər kəsi heyrətə gətirən 61 illik retro avtomobil  - FOTO
Loading.az ARB TV-yə istinadən xəbər verir ki, görənlərin diqqətini çəkən bu qeyri-adi retro maşın Zaqatala sakini Azər İmamova məxsusdur.

Azərin retro maşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə gətirilib. Babasından yadigar qalan dəmir parçasından ibarət bu maşın tam 3 ilə yığılıb.

Azər İmamov - Zaqatala sakini: "Detalları çətinliklə tapılır. Müasir avtomobil deyil ki, mağazadan alasan. Xarici ölkələrdən, Rusiya, Ukraynadan köhnə hissələr gətirirəm. Köhnə maşınlara marağım var. İstədim ki, babamızın yadigarını qoruyum".

Avtomobil ancaq əllə idarə olunur. Maşını idarə etmək üçün bütün detallar sükanın ətrafında quraşdırılıb. Maşını görən hər kəs maraqla baxır və şəkil çəkdirir.

Sahibinin dediyinə görə, avtomobili almaq üçün 15-16 min AZN təklif edənlər olub. Ancaq o satmaq istəməyib.

Azər İmamov - Zaqatala sakini: "1958-ci ildən 1970-ci ilədək istehsal edilib. II Dünya Müharibəsi əlilləri üçün nəzərdə tutulub".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
364 372 352 303 372 301

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.