reklam
İki günahkar ölünü dirildən İmam Həsən İki günahkar ölünü dirildən İmam Həsən http://loading.az/uploads/posts/2018-08/1533089281_672039.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 1-08-2018, 11:00

İki günahkar ölünü dirildən İmam Həsən

İki günahkar ölünü dirildən İmam Həsən
İki günahkar ölünü dirildən İmam Həsən


Bir gün bir nəfər İmam Həsən Müctəbanın (ə) yanına gəlir və deyir: "Hansı şey Həzrət Musanı (ə) Həzrət Xızrın (ə) qarşısında aciz və gücsüz etmişdir?".

İmam (ə) buyurur: "Ən mühüm məsələ - o iki yetim qardaşın xəzinəsi idi".

Həzrət (ə) sonra əlini həmin şəxsin çiyninə qoyub, buyurdu: "Sakit surətdə və yaxşı, diqqətlə müşahidə et".

Yerdə yarıq əmələ gəldi və yer açıldı. Oradan taxta üzərində olan toz-torpağa batmış iki insan çıxdı. Onlardan çox ikrah doğuran iylər gəlirdi. Hər birinin boynunda zəncir var idi. Hər bir zəncirin ucu bir məmurun əlində idi.

O ikisi də fəryad çəkdilər: "Ya Muhəmməd (s)! Ya Muhəmməd (s)!".

Hər bir məmur öz əsirinə deyirdi: "Yalan deyirsən! Yalan deyirsən!".

Sonra İmam Həsən Müctəba (ə) torpağa xitab edib buyurdu: "Ey torpaq! Bu iki yalançını öz içinə apar o günə qədər ki, Allahın vəd etdiyi gün gələcəkdir və onun vaxtı heç bir zaman təxirə düşməyəcək və qabaqcadan olmayacaqdır. O vəd olunmuş gün Həzrət Məhdinin (ə.f) zühur və qiyam etdiyi gündür ki, gəlib çatacaqdır".

İmam Sadiq (ə) bu əhvalatı öz dostlarına danışandan sonra buyurur: "O zaman ki, o kişi bu səhnəni müşahidə etdi, öz-özünə dedi: "Bu, sehr və cadu idi".

Onu başqalarına danışmaq istəyən zaman dili lal oldu. O gündən sonra danışa bilmədi".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
421 396 446 407 392 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.