reklam
(¯`*•. Yuxuma gəlmişdin .•*´¯) (¯`*•. Yuxuma gəlmişdin .•*´¯) https://resmim.net/f/JFx1JG.gif
Kənan Heydərov

Kənan Heydərov Sevgi 9-05-2018, 17:44

(¯`*•. Yuxuma gəlmişdin .•*´¯)

(¯`*•. Yuxuma gəlmişdin .•*´¯)
(¯`*•. Yuxuma gəlmişdin .•*´¯)

Bu gecə yuxuma gəlmişdin. Açıq- aşkar, apaydın...
Mənə dedin: - gəl gedək dəniz sahilinə.
Dedim: - mən dənizi sevmirəm, qorxuram dənizdən.
Dedin: - sənə sevdirəcəm dənizi.
Sevginə inandığımdandı ki, inandım Sənə! Gəldik dənizin sahilinə. Mənə elə xoş sözlər pıçıldayırdın ki... Gülürdüm, sənin pıçıltına. Sıx, qara tellərini oxşayıb, soruşdum:
- Niyə belə pıçıltı ilə danışırsan, yanımızda ki, kimsə yoxdu?!
Sevimli, gülər, qara gözlərinlə gözlərimə baxdın. Heç nə demədin...
Birdən soyunub suya girdin, əlini mənə sarı uzatdın:
- Gəl, dedin və dalı- dalı dənizin içinə doğru getməyə başladın. Əlimi əlinə verə bilmədim, yenə qorxdum. Yenə qorxdum... Aman...
Dəniz sevimli vücudunu öz qoynunda gizlətdikcə dəhşətə gəlməyə başladım. Dəniz səni məndən alırdı. Göz yaşlarımin içində boğulurdum. Birdən çevrilib üzməyə başladın. Səni nə qədər harayladımsa, səsimi eşitmədin. Dənizə üzümü tutub qışqırdım:
- Bax, ona görə sevmirəm səni, - dedim ağlaya-ağlaya.

Öz səsimə özüm oyandım. Balışım bütün suyun içindəydi, yuxuda nə qədər ağlamışdımsa...
Əslində su aydınlıqdır, dəniz, çay görmək həyatın rahatlığı, firavanlıqdır. Sənin dənizdə üzməyin də gözəl yozulur, işlərin hər zaman yüngül, rahat başa gələcək. Amma ayrılmağımız? Bax burda da atalar deyib, "yuxunu tərsinə yozarlar" :)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
251 326 299 240 233 280

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.