Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kenan0001
Xəbər 165
Cəmi: 3626
Esmeralda
Xəbər 104
Cəmi: 1991
Sensiz darixiram
Xəbər 39
Cəmi: 86
amon
Xəbər 23
Cəmi: 645
❤Hicablı❤qadın❤
Xəbər 23
Cəmi: 941
Ümidli gözəl
Xəbər 22
Cəmi: 36
Sol Meleyim
Xəbər 9
Cəmi: 526
sessiz musiqim
Xəbər 7
Cəmi: 23
fidann
Xəbər 3
Cəmi: 4
Sevgixuana
Xəbər 1
Cəmi: 5

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,5 Milyon
2) Kenan0001 » 1,5 Milyon
3) ❤Hicablı❤qadın❤ » 480,6 Min
4) Sol Meleyim » 393 Min
5) _Uğurböceyi_ » 381,9 Min
6) Sensiz darixiram » 358,7 Min
7) L e o n » 352,5 Min
8) AzizA » 291,6 Min
9) _Yene_Tenha_ » 220,4 Min
10) poppy » 145,4 Min
11) SeKeRCiK » 139,3 Min
12) amon » 137,9 Min
13) Avara_sair » 121,9 Min
14) Ümidli gözəl » 114,3 Min
15) Nani_Fit » 85,6 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 81,4 Min
18) _O.R.X.A.N_ » 77,1 Min
19) Elnare » 75,9 Min
20) JustWatch » 73,4 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Ad Günün Mübarək !


Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Kenan0001
Şərh: 462
Cəmi: 7667
Sensiz darixiram
Şərh: 462
Cəmi: 3651
L e o n
Şərh: 324
Cəmi: 7545
Elnare
Şərh: 137
Cəmi: 666
sessiz musiqim
Şərh: 74
Cəmi: 1402
Ümidli gözəl
Şərh: 68
Cəmi: 396
Sol Meleyim
Şərh: 45
Cəmi: 1813
Esmeralda
Şərh: 40
Cəmi: 7551
Jalə
Şərh: 27
Cəmi: 187
_Uğurböceyi_
Şərh: 12
Cəmi: 2474

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kenan0001
Bugün 763
Cəmi: 1254
Sensiz darixiram
Bugün 576
Cəmi: 949
L e o n
Bugün 171
Cəmi: 337
Ümidli gözəl
Bugün 183
Cəmi: 333
Esmeralda
Bugün 71
Cəmi: 272
Jalə
Bugün 107
Cəmi: 209
Elnare
Bugün 120
Cəmi: 199
amon
Bugün 108
Cəmi: 165
sessiz musiqim
Bugün 134
Cəmi: 139
Gulka210
Bugün 14
Cəmi: 139
Artur Şopenhauer: Qadınlar haqqında 1 hissə
Qadın Dünyası / Aforizm Yüklə
Artur Şopenhauer: Qadınlar haqqında 1 hissə


“İnsan həyatının başlanğıcı qadın sinəsində doğur
İlk kiçik sözləriniz onun dodaqlarından öyrənilir,
İlk göz yaşlarınızı o silir, və son nəfəsiniz
Tez-tez onların qulaqlarına üfürülür,
Kişilər onlara rəhbərlik etmiş insanın son saatında
Ona qayğı göstərmək kimi rəzil işdən qaçdıqları halda.”


Artur Şopenhauer: Qadınlar haqqında 1 hissə

Hər iki parça qadının dəyərini doğru nöqteyi-nəzərdən göstərir. Qadın bədəninin görünüşünə baxmaq kifayətdir ki, onun nə mənəvi, nə də fiziki olaraq ağır iş üçün nəzərdə tutulmadığını anlayasan. O, həyata olan borcunu əslində etdikləri ilə deyil, əzabları ilə ödəyir – doğmaqla, uşağa baxmaqla, səbirli və gülərüz yoldaş olmağa məcbur olduğu ərinə tabe olmaqla. Yüksək kədərlər və sevinclər və ya gücün əzəmətli nümayişi onlar üçün deyil. Qadının həyatı kişininkindən daha sakit, daha nəzərəçarpmaz və daha yumşaq axıb getməlidir, fərqi yoxdur, o xoşbəxtdir, ya yox.



Qadın lap əvvələn ilk uşaqlıq illərimizin tərbiyəçisi və dayəsi kimi hərəkət etməyə yönəlikdir, sadə bir səbəbə görə — çünki özləri də uşaqdırlar, səfehdirlər, uzağı görməzlər, bir sözlə, həyatları boyunca böyük uşaq olaraq qalırlar, uşaqla əsl insan olan kişinin ortasında bir yerdə dayanırlar. Təsəvvür edin, bir gənc qız hər gün uşaqla necə oynayır, onunla rəqs edir, mahnı oxuyur; sonra da bir kişini, bütün ən xoş niyyətləri ilə birlikdə, qızın yerində olsaydı nə edərdi, deyə təsəvvür edin.



Təbiət qızları yaradanda dramatik mənada “silkələyici effekt” deyilən bir şeyi nəzərdə tutub; onları bir neçə il həyatlarının qalan illərinin hesabına gözəllik və cazibə ilə təmin edir, onlar da bu illər ərzində bundan istifadə edərək kişinin fantaziyasını o qədər tovlayırlar ki, kişi bu və ya digər formada bir ömürlük onların qayğılarına qalmağa can atır — əslində, kişi məsələni diqqətlə nəzərdən keçirsə, kifayət qədər haqq qazandırıla bilməyəcək bir addımdır bu. Buna görə də, Təbiət qadını, özünün başqa məxluqları kimi, mövcudluğunu qorumaq üçün silah və ləvazimatla və bu ləvazimatın onun xidmətində olduğu müddətlə təchiz edib; yəni Təbiət burada özünün ənənəvi qənaətcilliyi ilə hərəkət edib. Necə ki, dişi qarışqa cinsi əlaqədən sonra daha lazımsız, hətta yumurtalarını bəsləmə üçün təhlükəli olan qanadlarını itirir, qadınlar da bir və ya iki uşaq doğduqdan sonra əksər hallarda gözəlliyini itirirlər; çox güman ki, elə eyni səbəblərə görə. Amma yenə də, gənc qızlar ürəklərində ev işlərini və digər bu kimi məsələləri ikinci dərəcəli hesab edirlər, hətta adi bir maraq kimi qəbul edirlər. Onlar yalnız sevgini, qələbəni və bunlarla əlaqəsi olan geyim, rəqs və s. kimi məsələləri ciddi hesab edirlər.



Bir şey nə qədər daha nəcib və daha mükəmməldirsə, bir o qədər daha gec və daha yavaş çatır öz yetkinliyinə. Kişi düşünmə və mənəvi qabiliyyət yetkinliyinə iyirmi səkkiz yaşında güclə çatır, qadın isə on səkkiz yaşında; lakin onun bu yetkinliyi çox dar çərçivəli düşünmə bacarığıdır. Buna görə də qadınlar bütün həyatları boyunca uşaq olaraq qalırlar, burunlarının ucundan uzağı görə bilmirlər, indiki zamana ilişib qalırlar, bir şeyin gerçək mahiyyəti əvəzinə onun görüntüsünü əsas tuturlar, boş, mənasız bir şeyi çox əhəmiyyətli məsələ kimi qəbul edirlər. İnsanın düşüncə gücünün məziyyəti odur ki, o, heyvan kimi yalnız bugünündə yaşamır, keçmişi və gələcəyi müşahidə edir, ölçüb-biçir; və buradan yaranır ehtiyatlılıq, qayğı və insanlarda tez-tez müşahidə etdiyimiz narahatlıq, həyəcan. Bunun gətirdiyi xeyirdə və zərərdə qadın öz əqli zəifliyi nəticəsində daha az iştirak etməli olur.



Hər şeydən öncə o, intellektual olaraq uzaqgörən deyil; intuitiv qavrayışının yaxında olanı tez qəbul etməsinə baxmayaraq, baxış dairəsi çox məhduddur və uzaqda olan heç bir şeyi əhatə etmir; beləliklə də, o anda orada olmayan və ya keçmiş olan, ya da gələcəkdə olanlar qadınlara kişilərdən daha az təsir edir. Buna görə də qadınlar, hətta bəzən dəliliyin sərhədlərinə yaxınlaşacaq qədər ekstravaqantlığa meyllidirlər. Qadınlar ürəklərində düşünürlər ki, kişinin təyinatı pul qazanmaqdır və onlar da bunu xərcləyə bilərlər, mümkün olsa elə ərlərinin sağlığında, mümkün olmasa, ən azından onlar öləndən sonra.



Kişi qazandığını evi saxlamaq üçün qadına verdikcə, qadın bu inancında daha da möhkəmlənir. Düzdür, bütün bunlar nəticədə onlar üçün zərər gətirir, lakin üstünlüyü də var – ki, qadın kişidən daha çox indiki zamanda yaşayır, əgər ümumilikdə dözüləbiləndirsə, kişidən daha artıq zövq ala bilir indiki zamanından. Yalnız qadınlara məxsus olan və kişiləri yolundan sapdırmaq, ehtiyac olduqda, kişi qayğılar altında əzilərkən ona təsəlli vermək üçün qadınlara yardım edən o gümrahlığın, şənliyin kökü də buradadır. Qədim zamanlarda almanların etdiyi kimi, çətin şəraitlərdə qadınlarla məsləhətləşmək məsələsi də gözdən qaçırılmamalıdır; çünki onların məsələləri qavrama yolları bizdən fərqlidir, başlıca olaraq ona görə ki, onlara hədəfə gedən ən qısa yolu xoşlayırlar və adətən də diqqətlərini ən yaxınlıqda olan şeylərin üzərində cəmləşdirirlər; biz isə bir qayda olaraq uzağa baxaraq, hədəfin özünü deyil, arxasındakını görürük, nəticədə, burnumuzun altında olduğuna görə hədəfi görə bilmirik; sonra isə daha yaxın və sadə bir baxışa nail olmaq üçün yenidən geriyə, lazım olan şeyin üzərinə qaytarılmalı oluruq. Buna görə də, qadınlar hökmlərində, rəylərində bizdən daha ayıqdırlar, buna görə də onlar əşyalarda gerçəklikdə olduğundan başqa bir şey görmürlər; biz isə, əgər ehtiraslarımız oyanıbsa, gerçəklikdə olanı bir az şişirdirik və ya təxəyyülümüzü də əlavə edirik.



Qadınlar əqli güclərinin zəif olması səbəbindən bədbəxtliyə kişilərdən daha çox şəfqət göstərirlər və nəticə etibarilə də daha insancıl görünürlər. Lakin digər tərəfdən, qadınlar ədalət, düzgünlük və vicdan məsələlərində kişilərə uduzurlar. Yenə də, əqli qabiliyyətlərinin zəifliyi ucbatından, gözlə görünən, real və indiki zamana aid olan şeylər onlar üzərində daha çox gücə malikdir, mücərrəd düşüncələr, dəyişməz qaydalar, yaxud qəti qəbul olunmuş qərarlar, ümumiyyətlə, keçmişlə və gələcəklə, ortalıqda olmayan və ya uzaqda olanla bağlı hər şey isə, əksinə, nadir hallarda onlara təsir edir. Buna görə də, qadınlar yaxşı xarakterin, məziyyətin birinci və əsas keyfiyyətinə malik olurlar, lakin bu məziyyəti inkişaf etdirmək üçün tez-tez gərəkli olan ikinci dərəcəli keyfiyyətlərdən məhrumdurlar. Bu mənada qadın, qara ciyəri olan, lakin öd kisəsi olmayan bir orqanizmlə müqayisə oluna bilər.



Qadın xarakterinin ən böyük çatışmazlığı onun “ədalət duyğusu”ndan məhrum olmasıdır. Bu da, artıq istinad etdiyimiz kimi, onların əqli və fikir gücünün əskikliyi səbəbindən yaranır; amma bunun da səbəbi odur ki, Təbiət onları zəif bir cins olaraq gücdən deyil, hiyləgərlikdən asılı olmağa yönləndirib; buna görə də onlar instinktiv olaraq riyakardılar və yalan danışmaq üçün qarşısıalınmaz bir həvəsə sahibdirlər. Çünki şirlər caynaq və dişlərlə, fillər, ayılar iri dişlərlə, öküzlər buynuzla, mürəkkəb böcəkləri qara, mürəkkəbli maye ilə təchiz olunduqları kimi, Təbiət qadını da onun mühafizəsi və müdafiəsi üçün simulyasiya, riyakarlıq qabiliyyəti ilə təmin etmişdir və Təbiətin kişilərə qüvvətli bədən və düşüncə formalarında verdiyi bütün güc qadınlarda yalnız bu formada təzahür edir.



Beləliklə, riyakarlıq qadınlarda anadangəlmədir və demək olar ki, çox ağıllı qadında olduğu qədər, çox səfeh qadında da mövcuddur. Bu səbəbdən də, qadınların hər fürsətdə riyakarlıq etmələri, yuxarıda qeyd olunan heyvanların hücuma məruz qaldıqda öz silahlarını işə salmaları qədər təbiidir və onlar bunu edərkən öz hüquqlarından müəyyən bir ölçüdə istifadə etmiş kimi hiss edirlər özlərini. Buna görə də, tamamilə doğru və qeyri-riyakar qadın bəlkə də mümkünsüzdür. Buna görə də, qadınlar digərlərindəki riyakarlığı çox asanlıqla duya bilirlər; buna görə də, qadınlara qarşı riyakarlıq cəhdi tövsiyə edilmir. Məhz bu cür əvvəlcədən müəyyən edilmiş fundamental çatışmazlıq və ona aid olan digər məsələlər səbəbindən saxtakarlıq, etibarsızlıq, satqınlıq, nankorluq və s. xüsusiyyətlər əmələ gəlir. Ədalət mühakiməsi zamanı andını pozduğuna görə günahkar olan qadınlara kişilərdən daha çox rast gəlinir. Əslində, mübahisəli məsələdir ki, qadınlara ümumiyyətlə and içməyə icazə verilməlidirmi, ya yox. Heç bir şeyə ehtiyacı olmayan qadınların cibgirlik etmələri və mağazalardan gizlicə nəsə götürmələri zaman-zaman təkrarlanan hadisələrdəndir.


Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. Kenan0001
    Təşəkkürlər əziyyət üçün
  2. SeKeRCiK
    Qadın bədəninin görünüşünə baxmaq kifayətdir ki, onun nə mənəvi, nə də fiziki olaraq ağır iş üçün nəzərdə tutulmadığını anlayasan. O, həyata olan borcunu əslində etdikləri ilə deyil, əzabları ilə ödəyir

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.