reklam
Atatürkü necə aldadıblar? — TARİXİ FAKTLAR Atatürkü necə aldadıblar? — TARİXİ FAKTLAR http://loading.az/uploads/posts/2018-09/thumbs/1537017998_539714.jpg
Esmeralda

Esmeralda Maraqlı 15-09-2018, 17:26

Atatürkü necə aldadıblar? — TARİXİ FAKTLAR

Atatürkü necə aldadıblar? — TARİXİ FAKTLAR


Türkiyəli yazıçı İpək Çalışlar "Mustafa Kamal Atatürk, mübarizəsi və özəl həyatı" adlı kitabında bu günə qədər məlum olmayan bir faktın üstünü açıb.
Sonxeber.az "Ölkə.az"a istinadla xəbər verir ki, ticarətdən anlayışı olmayan Paşa ticarətə pul qoyub və aldadılıb.

Yazıçı kitabında qeyd edib ki, Atatürk utancaq insan olub və pulunu tez xərcləyirmiş. Ordular qrup komandanlığından İstanbula gələndə dostları baxıblar ki, Mustafa Kamal Paşa 3-5 min lirə pul xərcləyir. Bu zaman ona deyiblər ki, artıq bir vəzifəniz yoxdur, bu qədər xərcə dağ dayanmaz. Pulunuzu ticarətə qoyun. Atatürk isə ticarətdən anlayışı olmadığını bildirib.

"Bilməyə gərək yoxdur. Məsələn A... adlı şəxs sizin pulunuzu ticarətə qoyacaq və pul dövr edəcək", - deyə cavab veriblər.

Sonradan isə bu şəxslə Atatürkü tanış edirlər. A... adlı şəxs Atatürkü axşam yeməyinə dəvət edir. Atatürk isə Fethi bəyin də ticarətə qoşulmasını istəyir və qonaqlığa Fethi bəylə gedir.

Qonaqlıq İstanbuldakı mülklərdən birində baş tutur. O, nəzakətlə Atatürkü dinləyir, ticarət və pul mövzusuna girmir. Mustafa Paşa isə özlüyündə "deyəsən bizi bəyənmədi, pulumuzu qəbul etməyəcək" deyə düşünür.

Sonra isə Atatürk dostuna "bizim məsələ" ilə bağlı işarə verir və dostu məsələni açır. A... adlı şəxs isə onları dinləyir və "Paşa həzrətləri iş yerimizə təşrif buyursun" deyərək siyasətdən və fəlsəfədən söz açır.

Evdən çıxanda Paşa Fəthi bəydən soruşur:

-Necə?

-Necə yəni? İş nədir? Nə veriləcək? Nə gətirəcək? Bir şey demədi ki...
-Qəribəsən Fethi, adamın davranışına, kübarlığına bax. Ona belə adi sual vermək olarmı?

-Mən bilmədiyim işə sənədsiz, müqaviləsiz pul qoymaram.

Mustafa Kamal Paşaya ertəsi gün anası da "pulunu əlindən alarlar" deyə xəbərdarlıq edir. Amma Paşa pullarını A... adlı şəxsə aparır. Onun yavəri Cavad Abbasın da 150 lirə pulu var imiş və xahiş edərək pulunu komandirinin sərmayəsinə əlavə edir.

Paşa A... adlı şəxsin iş otağına girir və pulu təqdim edir. Şəxs pulu alır və saymadan kassaya qoyur.

"Minlərlə lirənin əksik olub-olmadığı ilə də maraqlanmayacaq dərəcədə kübar olmaq üçün insan nə qədər zəngin olmalıdır" deyə düşünən Kamal Paşa sərmayə qoyduğu ticarət işinin təfərrüatı barədə də danışmaqdan utanıb.

O, bu barədə dostundan soruşub. Dostu isə əncir biznesindən bəhs edib. İzmirdən alıb gəmi ilə harasa aparıb satılacağını eşidir. Amma sonradan həftələr keçir və A... adlı şəxsdən xəbər çıxmır.

Mustafa Paşa onun iş yerinə gedir və A...adlı şəxs ona əhəmiyyət vermir.

Bir müddət sonra isə gəminin batdığı barədə xəbər gəlir. Əslində gəmi yox idi. Batan isə Mustafa Kamal Paşanın pulu imiş. Beləcə Atatürkü ticarət adı ilə aldadırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
346 332 340 305 310 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.