reklam
Həyat Düşüncələrim.. Həyat Düşüncələrim.. http://loading.az/uploads/posts/2018-07/thumbs/1531553655_20180714112946.jpg
DeepDark

DeepDark Maraqlı 14-07-2018, 11:41

Həyat Düşüncələrim..

Həyat Düşüncələrim..



Əvvəllər yerə bir şəkil çəkdiyimi xatırladım, nə şəkili və hansı şəkil bunu təxmin etmək olar. Və İnsan olmağı insanlardan öyrənməmək lazımdır. Bunu ətrafa baxaraq da öyrənmək olar. Allahın məni eynilə də, hərkəsi saf, pak insan olaraq yaratması buna sübutdur. Zeka elminin praktikası da məhz buradan başlayır. Nəyi nə kimi görürsən bax ciddi məsələdir. Mən yaxşılığı kiminsə mənə olan borcu kimi düşündükcə irəli gedə bilməyəcəm. Bilirsiniz bu nəyə bənzəyir? Yol ilə gedən birinin yol kənarındakı daşları da özü ilə sumkasına yığıb aparması kimidir, getdikcə ağırlıq hiss edəcək sonda isə bu yola davam gətirə bilməyəcək. Bizə edilən kömək zamanı "Çoxsağol" sözünü dilinmizdən əksiltməməliyik. Ciddi fikirlər, olduqca insanın həyatı da ciddiləşir. Uşaqkən yerə həvəslə çəkilən şəkili indi qayda qanunla, müxtəlif rəng və fırçalarla (Rəssamlıq sənəti ilə). portrete çəkirsən. Axı bu uşaqkən bir ağac budağı ilə torpağa rəngsiz olaraq çəkilən xəttlər deyil. Bu artıq həyatdır, bu xəyalları qurulan lakin hələ dərk edilməyən fərqli gələcəkdir. Bu bizim həvəsimiz deyil. Bu İşimizdir. Biz yerə çəkdiyimiz rəsmi ayaqlar tapdalamasın (rəsmdəki adamlar ölməsin) deyə qoruyan saf uşaqlardıq. Heç bir şey eyni yerdə qalmır təbii ki, zaman öz sözünü deyəcək amma unutduğumuz bir məqam var zaman öz sözünü deyərkən biz əhdimizdə qalacaqmıyıq? İçimizdəki o insanı yerdə (torpaqda) çəkdiyimiz adamlar kimi qoruya biləcəkmiyik? Ya da qoruya bildikmi? Kim isə davamlı uşaqlıq, cavanlıq, və qocalıq dövrləri əbədi qalmadığı halda inanın ki, insanlıq ölənə qədər əbədi qalır. Bu isə xoşbəxt bir ömrün sirridir. Bu sirri qoruyub saxlaya bilək.


Yazar: Ali Məmmədli..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
221 244 253 204 241 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.