Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kenan0001
Xəbər 165
Cəmi: 3626
Esmeralda
Xəbər 104
Cəmi: 1991
Sensiz darixiram
Xəbər 39
Cəmi: 86
amon
Xəbər 23
Cəmi: 645
❤Hicablı❤qadın❤
Xəbər 23
Cəmi: 941
Ümidli gözəl
Xəbər 22
Cəmi: 36
Sol Meleyim
Xəbər 9
Cəmi: 526
sessiz musiqim
Xəbər 9
Cəmi: 22
fidann
Xəbər 3
Cəmi: 4
Sevgixuana
Xəbər 2
Cəmi: 4

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,5 Milyon
2) Kenan0001 » 1,5 Milyon
3) ❤Hicablı❤qadın❤ » 480,6 Min
4) Sol Meleyim » 393 Min
5) _Uğurböceyi_ » 381,9 Min
6) Sensiz darixiram » 358,7 Min
7) L e o n » 352,5 Min
8) AzizA » 291,6 Min
9) _Yene_Tenha_ » 220,4 Min
10) poppy » 145,4 Min
11) SeKeRCiK » 139,3 Min
12) amon » 137,9 Min
13) Avara_sair » 121,9 Min
14) Ümidli gözəl » 114,3 Min
15) Nani_Fit » 85,6 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 81,4 Min
18) _O.R.X.A.N_ » 77,1 Min
19) Elnare » 75,9 Min
20) JustWatch » 73,4 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Ad Günün Mübarək !


Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Kenan0001
Şərh: 462
Cəmi: 7667
Sensiz darixiram
Şərh: 462
Cəmi: 3651
L e o n
Şərh: 324
Cəmi: 7545
Elnare
Şərh: 137
Cəmi: 666
sessiz musiqim
Şərh: 74
Cəmi: 1402
Ümidli gözəl
Şərh: 68
Cəmi: 396
Sol Meleyim
Şərh: 45
Cəmi: 1813
Esmeralda
Şərh: 40
Cəmi: 7551
Jalə
Şərh: 27
Cəmi: 187
_Uğurböceyi_
Şərh: 12
Cəmi: 2474

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kenan0001
Bugün 763
Cəmi: 1254
Sensiz darixiram
Bugün 576
Cəmi: 949
Ümidli gözəl
Bugün 194
Cəmi: 344
L e o n
Bugün 171
Cəmi: 337
Esmeralda
Bugün 79
Cəmi: 280
Jalə
Bugün 107
Cəmi: 209
Elnare
Bugün 120
Cəmi: 199
amon
Bugün 108
Cəmi: 165
sessiz musiqim
Bugün 146
Cəmi: 151
Gulka210
Bugün 14
Cəmi: 139
Əgər Avropa bütünlükdə müsəlmanların əlində olsaydı...
İslam Dini Yüklə
Əgər Avropa bütünlükdə müsəlmanların əlində olsaydı...


Alternativ tarix

Tarixdə hər bir hadisə müəyyən qanunayğunluq əsasında baş verir. Bəziləri bunların bir qismini təsadüf saysalar da, əslində dünyada təsadüf adlı bir şey yoxdur. Çünki hər şey öz axarında, öz ölçüsündə baş verir.

Dini düşüncəyə görə, bu axarı yönəldən, bu ölçünü yaradan qüvvə isə Allahdır. Hər şey Onun hikməti və məsləhəti əsasında baş verir. İnsan bunların bir qisminin səbəbini və faydasını anlayır, bir qisminin isə yox. İnsan bu hadisələrin bir qismi ilə razılaşır, bir qismi ilə yox. Bundan qətiyyən asılı olmayaraq, tarix yenə ilahi hikmət əsasında öz axarı üzrə davam edir.

Lakin hər birimizi ixtiyarsız olaraq, bu kimi suallar düşündürür: Əgər filan hadisə o cür yox, başqa cür cərəyan etsəydi, necə olardı? Filan hadisə baş verməsəydi, nəticəsi nə olardı? Filan proses baş tutmasaydı, ardınca hansı sonluqları gətirərdi? İnsanın təxəyyülü sonsuzdur və hər cür ssenarilər düşünməyə, onları öz xəyalında inkişaf etdirməyə qadirdir. Və bu təxəyyülün sayəsində hətta tarix elmində xüsusi bir bölmə də yaranıb: alternativ tarix. Bu bölmə məhz tarixin keçmişdə baş vermiş istiqamətlər üzrə deyil, fərqli istiqamətlərdə inkişaf etmə ehtimallarını araşdırır, mümkün ssenariləri təklif edir.

Aşağıda alternativ tarix qismindən bir yazını ixtisarla diqqətinizə təqdim edirik. Bu yazı Kornuoll Universitetinin (Böyük Britaniya) tarix və klassik filologiya üzrə professoru Barri S.Straussun qələminə məxsusdur. Alim bu yazıda müsəlman fəthlərinin İspaniya hüdudlarından kənara yayılmasının qarşısını alan məşhur Puatye savaşının (732-ci il) fərqli ssenarisi və nəticələri barədə düşüncələrini bölüşür. Həqiqətən, maraqlıdır: Əgər VIII əsrdə Avropanın içərilərinə doğru müsəlman yürüşünün qarşısı alınmasaydı, dünya necə olardı?

Müsəlmanlar Avropaya necə daxil oldular?

Avropada erkən orta əsrlər dövrü iki hadisə ilə əlamətdardır. Əgər bu hadisələrin hər biri başqa cür cərəyan etsəydi, dünya hissediləcək tərzdə dəyişərdi. Söhbət Qərbi Roma İmperiyasının süqutundan və müsəlman fütuhatından gedir. Əgər Roma Avropa üzərindəki ağalığını qoruyub saxlaya bilsəydi yaxud bu ağalıq müzəffər müsəlman imperiyasının əlinə keçsəydi, Avropa "zülmət əsrlər" (500-1000-ci illər) adlanan xaosa bürünməzdi...

Puatye yaxınlığında (732-ci il) franklar müsəlmanları məğlub etdilər. Döyüşün özü miqyasına görə Adrionopol savaşından (barbarlarla Roma İmperiyası arasında 378-ci ildə baş vermiş həlledici döyüşdən) daha kiçik idi. Amma onun psixoloji və siyasi nəticələri heç də yüngül olmadı. Birincisi, həmin gün o zamana kimi maneəsiz artmaqda olan müsəlman fütuhatına son qoyuldu. İkincisi, döyüşdə frank kralı Karl Martellin qələbəsi hakimiyyətdə baş verən sülalə dəyişikliyinə və hakimiyyətin Karl Martellin xələflərinin əlinə keçməsinə bəraət qazandırdı. Bir neçə onillikdən sonra Martellin nəvəsi, tarixə Böyük Karl (758-814) adı ilə düşmüş kral nəhəng dövləti idarə etməyə başladı. Bu dövlətin hüdudları daxilində gələcək Avropanın əsas cizgiləri müəyyən edildi. Gələcək Fransa ilə Almaniyanın sərhədləri cızıldı, vassallıq sistemi yarandı, universitetlərin bünövrəsi sayılan yeparxiya məktəbləri meydana gəldi. Əgər Puatye savaşında ərəb sərkərdəsi həlak olmasaydı, yəqin ki, franklar məğlub olacaqdılar. Bu halda böyük frank imperiyasını yaradacaq sülalə hakimiyyətə gəlməyəcək, Böyük Karlın imperiyasının yerini isə müsəlman Fransası və hətta bəlkə də birləşmiş müsəlman Avropası tutacaqdı...

Hərb tarixində müsəlman məmləkətlərinin genişlənməsi qədər sürətli və uğurlu nümunələr o qədər də çox deyil. Mühəmmədin (s) vəfatından (632-ci il) sonra İslam ordusu cəmi bir nəslin ömrünə bəs edəcək müddət ərzində Yaxın Şərqdən bizanslıları qovub çıxardı və Konstantinopolu hədələməyə başladı. 711-ci ildə, Misirin və Şimali Afrikanın fəthindən sonra müsəlmanlar Cəbəlüttariq boğazından keçib İspaniyaya daxil oldular. Onlar vaxtilə Adrionopol savaşında romalıları məğlub etmiş vestqotların varisləri tərəfindən qurulmuş xristian krallığına hücum etdilər. Vestqotlar darmadağın edildilər, onların kralı Roderix həlak oldu. On ildən də az vaxt ərzində Pireney yarımadasının əksər hissəsi fatehlərin əlinə keçdi və bundan sonra "Əndəlus" adlanmağa başladı. 720-ci ildə ərəblər Pireney dağlarını aşıb Septimaniyaya soxuldular...

Romalılar tərəfindən salınmış və mühüm strateji əhəmiyyət kəsb edən Narbonn şəhəri müsəlmanların əlinə keçdi. Lakin 721-ci ildə Tuluz yaxınlığında ərəblər məğlub oldular. Onların başçısı - Əndəlus əmiri həlak oldu. Yalnız sərkərdə Əbdürrəhman ərəbləri döyüş meydanından pərakəndə halda qaçmağa qoymadı. O, qarışıqlığı aradan qaldırdı, nizam-intizamı bərpa etdi və ordunun qalıqlarını Narbonna apardı. Tezliklə ərəblər hərbi əməliyyatları bərpa etdilər, Rona çayından şərqdə yerləşən torpaqları tutdular, Bordodan Liona kimi şəhərlərə hücum etdilər. Artıq 730-cu illərin əvvəlində Aralıq dənizinin Pireneylə Rona arasında Fransaya məxsus olan bütün sahili boyunca müsəlman qarnizonları yerləşirdi. Tuluz savaşında müsəlmanları çətin vəziyyətdən çıxarmış Əbdürrəhman 730-cu ildə hakimiyyətə gəldi.

732-ci ildə ərəb qoşununun əsas tərkib hissəsini təşkil edən bərbərlərin başçısı Munuza Qalliyanın sərhəddində kiçik, amma strateji mövqeyə malik bir ərazini ələ keçirdi. O, hətta öz qonşusu Akvitaniya hersoqu Odo ilə saziş də imzaladı. Əbdürrəhman qəzəblənib onların üzərinə yürüşə çıxdı, Munuzanı tutub edam etdi. Sərkərdə bununla kifayətlənmədən dağları aşıb, Qaskoniya tərəfdən Qalliya torpaqlarına daxil oldu. Bəzi tarixçilərin fikrincə, Əbdürrəhmanın qoşunu 15 min nəfər döyüşçüdən ibarət idi.

Qələbəni davam etdirərək, müsəlmanlar Puatyedən şimala doğru hərəkətə keçdilər. Görünür, onları yaxınlıqda yerləşən, franklarln milli ziyarətgahı sayılan Müqəddəs Turlu Martin məbədi cəlb edirdi. Orada dindarların ianələrindən ibarət böyük xəzinə vardı. Tur isə Parisdən təxminən 200 mil məsafədə yerləşirdi.

Amma müsəlmanlar buradan o tərəfə keçə bilmədilər. Tur və Puatye arasında, Musse yaxınlığındakı qədim yolun kənarında frank dövlətində təxminən baş nazir məqamına uyğun gələn moyordom vəzifəsini daşıyan Karl Pipinin başçılıq etdiyi qoşun onların qarşısını kəsdi. Karl həmin zamana kimi artıq məşhurlaşmışdı və təcrübəli sərkərdə sayılırdı. Əbdürrəhman da ondan geri qalmırdı. Ona görə də bu iki böyük sərkərdənin qarşılaşması möhtəşəm bir savaşın baş tutacağından xəbər verirdi.

732-ci ildə baş vermiş döyüşdə müsəlmanlar məğlub oldular, Əbdürrəhman öldürüldü. Sonralar kral olacaq Karl bu qələbəyə görə "Martell", yəni "çəkic" ləqəbini qazandı. Müsəlmanlar isə bu hadisədən sonra daha şimala sarı üz tutmadılar.

Dostlarınızla paylaşın

Şərhlər: 1
  1. CLoseYourEyeS
    deme qan qan ustunde qalmazdi hec

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.