Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Esmeralda
Xəbər 117
Cəmi: 2186
fidann
Xəbər 57
Cəmi: 77
Ümidli gözəl
Xəbər 43
Cəmi: 86
Sol Meleyim
Xəbər 24
Cəmi: 569
_O.R.X.A.N_
Xəbər 22
Cəmi: 125
_Yene_Tenha_
Xəbər 12
Cəmi: 788
amon
Xəbər 6
Cəmi: 654
Sevgixuana
Xəbər 6
Cəmi: 19
Rehimoffa
Xəbər 1
Cəmi: 71
_Uğurböceyi_
Xəbər 1
Cəmi: 280

Son Hədiyyə

Göndərilmiş hediyyə
son nefes » Jalə

Mesaj: bayramin mubus deyerlim

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kenan0001 » 1,5 Milyon
3) ❤Hicablı❤qadın❤ » 480,4 Min
4) Sol Meleyim » 393,7 Min
5) Sensiz darixiram » 382 Min
6) _Uğurböceyi_ » 381,5 Min
7) L e o n » 354,5 Min
8) AzizA » 291,6 Min
9) _Yene_Tenha_ » 220,6 Min
10) amon » 147,2 Min
11) poppy » 145,4 Min
12) SeKeRCiK » 139,3 Min
13) Ümidli gözəl » 134,1 Min
14) Avara_sair » 121,9 Min
15) _O.R.X.A.N_ » 121,8 Min
16) Nani_Fit » 86 Min
17) pandisim » 82,8 Min
18) sessiz musiqim » 81,4 Min
19) Elnare » 77,4 Min
20) JustWatch » 73,4 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
L e o n
Şərh: 279
Cəmi: 7949
Elnare
Şərh: 133
Cəmi: 859
fidann
Şərh: 64
Cəmi: 105
son nefes
Şərh: 57
Cəmi: 57
Ümidli gözəl
Şərh: 48
Cəmi: 471
Jalə
Şərh: 46
Cəmi: 241
Esmeralda
Şərh: 45
Cəmi: 7637
Sol Meleyim
Şərh: 41
Cəmi: 1870
_O.R.X.A.N_
Şərh: 24
Cəmi: 109
Sevgixuana
Şərh: 16
Cəmi: 39

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Ümidli gözəl
Bugün 405
Cəmi: 405
Esmeralda
Bugün 246
Cəmi: 246
_O.R.X.A.N_
Bugün 237
Cəmi: 237
Sevgixuana
Bugün 236
Cəmi: 236
son nefes
Bugün 230
Cəmi: 230
L e o n
Bugün 215
Cəmi: 215
fidann
Bugün 181
Cəmi: 181
Nani_Fit
Bugün 146
Cəmi: 146
Jalə
Bugün 146
Cəmi: 146
Elnare
Bugün 136
Cəmi: 136
NƏ ÜÇÜN YARIŞIRIQ?
İslam Dini Yüklə
NƏ ÜÇÜN YARIŞIRIQ?
NƏ ÜÇÜN YARIŞIRIQ?


Bu gün çağımızın insanlarında nə isə bir təlaş və yarış gözə çarpmaqdadır.Yolda, bazarda, metroda, avtobusda, bir sözlə hər yerdə insanlar elə bil harasa tələsir, sanki bir-biri ilə yarış halındadırlar.

Elmin, texnikanın sürətlə dəyişməsi və inkişafı sanki insanları da dəyişimə və sürətli yaşamağa sövq etməkdədir. Sanki onlar da mobil telefonları kimi, internet kimi sürətlə hərəkət etməyə can atırlar. Sürətlə yaşayır, sürətlə qocalır, sürətlə ölür, hətta sürətlə dəfn olunurlar. Bəşər övladı Yaradanından, dindən və mənəviyyatdan xəbərsiz, qəflət içində Uca yaradanın onlara bəxş etdiyi ömür sərmayəsini sürətlə başa vurmaqdadır. Bundan daha böyük ziyan ola bilməz. Sənə həyat bəxş edən, hər cür nemətləri ayaqlarının altına sərən, yer altı və yerüstü sərvətləri ilə səni bəsləyən, hər mövsüm sənin üçün cürbəcür ruzilər hazırlayan Rəbbini unutmaq nə qədər nankorluqdur. Allah-Təala bir ayədə bu gerçəyi vurğulayaraq belə buyurur;

“ And olsun ki, insan Rəbbinə qarşı çox nankordur. Şübhəsiz buna özü də şahiddir. O mal-dövlətə də çox hərisdir.”

(əl-Adiyət, 6-8)


Nankorluqla yanaşı var-dövlətə hərislik də onları bir-biri ilə yarışa sövq etməkdədir. Buradaki ayədən də göründüyü kimi insanlar hər dövrdə var-dövlətə meyil etmiş, sərəvəti bəxş edəni diqqətə almadan, heç ölməyəcəkmiş kimi dünyalıq yığmaq yarışında və həvəsində olmuşdur. Bu gün də eyni mənzərə ilə qarşı-qarşıyayıq. İnsanlar yüksək-yüksək binalar tikməkdə, geniş konfortlu maşınlar almaqda, evlərinin içinin görünüşünü , öz imicini, xarici görünüşünü tez-tez yeniləməkdə, bir sözlə dünyalıq üçün bir-biri ilə var gücü ilə yarışmaqdadırlar. Hər şeyin başında da var-dövlət yığmaq, bununla öyünmək gəlməkdədir. Çağımıza işıq tutan müqəddəs kitabımız bu haqda da bizə belə xəbər verməkdədir.” Mal toplayıb onu təkrar – təkrar sayan, insanların arxasından danışıb, qaş – göz hərəkətləri ilə lağ edənlərin vay halına! O, malının, onu əbədi yaşadacağını zənn edir.” (əl-Hüməzə,1,2,3)

Bəli, elə zənn edir ki, yığdığı var-dövlət ölüm anı gələndə onu xilas edəcək. Yaradanından çox puluna güvənir. Bu da insanı paraya-pula sitayiş etmək dərəcəsinə çıxardır. Eyni zamanda azğınlığa, haramlara düşürür. Bu da ayələrdə belə ifadə olunur: “ Bu bir həqiqətdir ki, insan doğru yoldan azar. Bu da ona görədir ki, o özünü üstün (imkanlı) görməkdədir.

(əl-Ələq, 6-7)

Qeyd etdiyimiz kimi insanlar arasında bir yarış var. Kimisi var dövlət yığmaq üçün, kimisi oğul-uşaq sahibi olmaq üçün, kimi önəmli bir vəzifəyə sahib olmaq üçün və s. Hər kəs önünə bir hədəf, bir məqsəd qoyub. Bəli, bütün bu saydığımız işlər üçün çalışmaq, səy göstərmək lazımdır. Çünki yaşamaq üçün çalışmaq zəruridir. Amma sadəcə bu dünya üçün çalışıb, axirəti unutmaq, insanı bu dünyada qismən xoşbəxt etsə də axirət müflisinə çevirməkdədir. Hz. Əliyə aid olduğu söylənilən bu kəlam çox ibrətamizdir. “Heç ölməyəcəkmiş kimi bu dünya üçün, sabah öləcəkmiş kimi də axirət üçün çalış.”

Çox təəccüblüdür ki, müvəqqəti dünya üçün tər tökən insan, əbədi olan axirət dünyasını heç yada da salmır. Rəbbimizin bizi nə üçün yaratdığı haqqında heç düşünmək də istəmir. Belələrinin yanında ölümdən, axirətdən söz düşdükdə ya heç qulaq asmır, ya da söhbəti dəyişməyə çalışır. Çünki ölümün özünə çox uzaq olduğunu düşünür. Axirət aləminə isə xəyal kimi baxır. Çünki bu dünyada bir əli balda, bir əli də yağdadır. Hələ o tərəf üçün fikirləşmək tezdir. Özünü də ən ağıllı insan hesab edir. Halbuki Allah Rəsulu (s.ə.s) “- Ağıllı insan ölümü çox xatırlayan və ölümdən sonrası üçün ən gözəl şəkildə hazırlıq görəndir.” (İbn Macə, Zöhd, 31)

Bəli, hər birimizin sonu var. Neçə il və necə yaşayırsan yaşa, bir gün sən də ölüm şərbətini içəcəksən. Süleyman (ə.s)-a qalmayan dünya sənə də qalmayacaq. O gün dərk edəcəksən ki, qəflət içində ömrünü tükətmiş, axirət üçün heç bir hazırlıq görməmisən. Yenə bu haqda Uca Rəbbimiz belə buyurur:

“ Kimin kitabı (əməl dəftəri) arxasından verilərsə, dərhal yox olmağı istəyəcək: alovlu atəşə girəcəkdir. Çünki o, (dünyada) ailəsi arasında (mal-mülk səbəbi ilə) təkəbbürlük göstərmişdi. O, bu vəziyyətinin heç bir vaxt dəyişməyəcəyini və Rəbbinin hüzurunda hesaba çəkilməyəcəyini zənn etmişdi.”(İnşiqaq, 10-14)

Artıq o gün çox gec olacaq. Nə qədər yalvarıb dünyaya geri qayıdıb varını-yoxunu, nəyin varsa hər şeyini Allah yolunda fəda etmək istəsən belə, sənə elə bir fürsət verilməyəcək və deyiləcək ki, sən onsuz da ordan gəlirsən. Sənə heç xəbərdarlıq gəlmədimi? Fani dünyaya aldanıb, fani şeylərin ardınca düşüb həyatını məhv etdin. Zənginliyinlə öyündün. Niyə o nemət sahibini yada salıb sənə verilənlərdən Allah yolunda xərcləmədin? Yetimin, yoxsulun, ac yatan qonşunu halını düşünmədin? Orada topladığın var-dövlətin bu gün sənə bir faydası olacağınımı zənn etdin?

Sabah qiyamətdə bu suallarla qarşılaşmamaq üçün bu gün Rəbbimizin sözünə qulaq asıb xeyirli əməllərdə, xeyir işlərdə yarışmalıyıq.

Dostlarınızla paylaşın

Şərhlər: 1
  1. CLoseYourEyeS
    Xeber ucun tesekkurler
    -=* Medalları *=-

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.