ONLAYN: 1

Qonaq: 87 Cəmi: 91

Axtarış Robotları: 3  

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Esmeralda
Xəbər 103
Cəmi: 1790
AzizA
Xəbər 78
Cəmi: 133
❤ASİMANIM❤
Xəbər 51
Cəmi: 917
Kenan0001
Xəbər 20
Cəmi: 3378
amon
Xəbər 9
Cəmi: 597
Sensiz darixiram
Xəbər 7
Cəmi: 43
Sol Meleyim
Xəbər 6
Cəmi: 511
mensiz
Xəbər 4
Cəmi: 58
avara
Xəbər 4
Cəmi: 4
Avara_sair
Xəbər 3
Cəmi: 107

Sorğu

Loading.Az Sayt`ını ?

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,3 Milyon
2) Kenan0001 » 1,3 Milyon
3) ❤ASİMANIM❤ » 410,3 Min
4) _Uğuböceyi_ » 381,9 Min
5) Sol Meleyim » 369,6 Min
6) L e o n » 259,2 Min
7) Sensiz darixiram » 226,9 Min
8) _Yene_Tenha_ » 220,4 Min
9) poppy » 145,3 Min
10) AzizA » 143,6 Min
11) SeKeRCiK » 139,3 Min
12) Avara_sair » 121,9 Min
13) amon » 113,3 Min
14) Ümidli gözəl » 85,8 Min
15) Nani_Fit » 85,6 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 80,8 Min
18) _O.R.X.A.N_ » 77,1 Min
19) JustWatch » 73,4 Min
20) mensiz » 70,9 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.


Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Sensiz darixiram
Şərh: 324
Cəmi: 3033
AzizA
Şərh: 268
Cəmi: 541
L e o n
Şərh: 208
Cəmi: 7049
Elnare
Şərh: 105
Cəmi: 446
Jalə
Şərh: 49
Cəmi: 88
Esmeralda
Şərh: 38
Cəmi: 7426
sessiz musiqim
Şərh: 33
Cəmi: 1309
❤ASİMANIM❤
Şərh: 28
Cəmi: 1433
Kennan Demir Atasoy
Şərh: 28
Cəmi: 49
Ümidli gözəl
Şərh: 26
Cəmi: 309

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Sensiz darixiram
Bugün 159
Cəmi: 1107
AzizA
Bugün 121
Cəmi: 478
olseem_ulama
Bugün 1
Cəmi: 388
Esmeralda
Bugün 39
Cəmi: 260
L e o n
Bugün 78
Cəmi: 218
sessiz musiqim
Bugün 38
Cəmi: 200
Kennan Demir Atasoy
Bugün 2
Cəmi: 183
❤ASİMANIM❤
Bugün 52
Cəmi: 182
Jalə
Bugün 77
Cəmi: 179
Ümidli gözəl
Bugün 47
Cəmi: 161

Son Hədiyyə

Göndərilmiş hediyyə
xanka » Jalə

Mesaj: Canim JALEME

Başqasının sevgilisini sevmək günahdırmı?


Başqasının sevgilisini sevmək günahdırmı?


Şeytan vəsvəsə vasitəsi ilə sizin qəlbinizə haram olan sevgidən bir köz atıb.

Siz bu haram olan şəhvət közünü şeytandan sizə təlqin olunan zəhərli oxlarının vasitəsi ilə (yəni haram olan nəzərlərlə, naməhrəmə baxmaqla), fəsad verən xam xəyallarla, yalnış ümidlərə qapılaraq və yalan olan arzularla alovlandırmısınız.
Zikr.az bildirir ki, böyük islam alimi İbn əl-Qeyyim (rahiməhullahu) "Zəədu-l-Məad" kitabında belə demişdir: "Bu xəstəlik qəlb xəstəliklərindən biridir. Həm öz-özlüyü, həm səbəbləri, həmdəki müalicəsi ilə başqa xəstəliklərdən fərqlidir. Əgər davamlı olarsa, bu xəstəlik getdikcə daha da şiddətlinib möhkəmlənər, həkimlərin xəstəni müalicə etməsi çox çətinləşər və xəstə üçün olduqca böyük təhlükələr yaradar. Sonra o yenə də sözünə davam edərək deyir; Eşq bəlasına əsasən Uca Allahın məhhəbbətindən xali (boş) olan qəlblər tutulur. Əgər qəlb Uca Allahın sevgisi ilə dolu olub, Onunla görüşməyə (görməyə) həvəsli olarsa, bu onu eşq xəstəliyi bəlasına tutulmaqdan müdafiə edər və onun qarşısını alar. Ona görə də Uca Allah bu xüsusda Yusufu (aleyhi-s-sələm) misal gətirərək deyir: "(Qadın) ona meyl etmişdi. Əgər (Yusuf) Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır". (Yusuf, 24).
Bu ayə ona dəlalət edir ki, həqiqətən ixlaslı (səmimi) olmaq insanın özünü, şeytani sevgini və bunun üzərində qurulan günah və çirkin əməllərdən qorumasına bir səbəbdir. Buna görə də, bəzi keçmiş alimlər deyiblər ki, (haram) eşq sanki boş qəlbin hərəkətidir, yaxud (haram) sevgi qəlbin boşluğunun əlamətidir.
Şəriətə görə sizin etməli olduğunuz şeylər bunlardır:

Naməhrəmə baxmaqdan, söhbətdən, xəyallardan və digər şeylərdən çəkinmək

Siz Uca Allaha səmimi qəlbdən çoxlu dua etməlisiniz ki, sizi qəzəbinə aparan səbəblərdən və bu bəlanın kökü olan haram baxışlardan qorusun! Baxışlardan sonra vəsvəsə qəlbə yol açır, qəlb isə boş xəyallar və ümidlər qurmağa başlayır. Hətta qəlb o hala gəlib çatır ki, haramı icra etmək üçün arzu və xəyal edir.
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar". (İmam Əhməd: "Musnəd", 1/412).
Uca Allah buyurur: "Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar...". (ən-Nur, 30-31).

Evlənmək

İnsanın namusunu haramdan qorumasının ən böyük yolu düşüncələrini və istəklərini Allahın halal buyurduqlarına yönləndirməsidir. Bu halda da, əgər imkan varsa, evlənməkdir. Əgər qəlb kimdənsə xoşlanarsa, bu zaman ən münasib olan odur ki, onunla şəri nigah bağlayasınız. Cabir ibn Abdullah (Allah onlardan razı olsun) nəql edir ki, bir nəfər Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gəlib belə soruşdu: "Ya Rəsulallah! Bizim yetim bir qızımız var. Onu biri varlı-hallı, digəri kasıb olmaqla iki nəfər almaq istəyir. Biz imkanlı olana vermək istəyirik. Özü isə kasıba üstünlük verir. Bu məsələyə siz necə baxırsınız? Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu suala belə cavab verdi: "Bir-birini sevən cütlük üçün evlənməkdən (nigahdan) daha münasib, üstün (bir şey) olmayıb (yoxdur)". (İbn Məcəh, 1847).
Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Qoy evlənməyə imkanı olan (hər kəs, cavanlar) evlənsin. Çünki evlilik, gözləri və cinsiyyət üzvünü (zinadan) qoruyan ən yaxşı (səbəbdir). İmkanı olmayanlar isə oruc tutsunlar. Çünki oruc (insanın) şəhvətini soyudur". (əl-Buxari, 1905).
Bu halda siz tez evlənməyə tələsməlisiniz və çalışmalısınz ki, qarşınıznda olan maneələri Allahın izni ilə aşasınız və günah əməlləri özünüzdən uzaqlaşdırasınız. Bu halda siz etibar etdiyiniz adamların (sizi başa düşən ananız, bacınız, əməli saleh qohumlarınız və s.) köməklərindən də istifadə edə bilərsiniz.

Vəsvəsədən qorunmaq üçün çoxlu ibadət etmək

Evlənənə qədər siz özünüzü fiziki və əqli olaraq ibadətlərlə (namaz, oruc, zikr və s.) və Allaha itaətlə məşğul etməlisiniz. Şeytana sizin qəlbinizə girib sizə mane olmasına bir an da olsa belə imkan verməməlisiniz və bütün o şeytandan gələn şəhvani qapıları bağlamalısınız.

Dualarla Allahdan kömək istəmək

Bu xəstəliyin ən yaxşı və faydalı müalicə üsullarından biri də Uca Allaha səmimi (ixlasla) qəlblə yalvararaq, yalnız Ona təvəkkül edərək Onun qarşısında zəlilliyini və acizliyini etiraf edərək dua etmək və Onun köməyini, yardımını istəməkdir. Başlanğıc üçün bu ilkin addımdır. Sonra isə siz ismətinizi qorumağa çalışmalı və qəlbinizdə olan şeytani şəhvət hislərini gizlətməyə çalışmalısınız! Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Uca Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Uca Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Uca Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir". (əl-Buxari, 6470; Muslim, 1053).
Siz bilirsiniz ki, sizə başqa heç nə kömək olmayacaq və onunla evlənə bilməyəcəksiniz. Ona görə də etdiyiniz bu əməl haram və ağılsızlıqdır. Siz ömrünüzün çiçəklənən vaxtındasınız və yollar da qarşınızda çox asan və rahatdır. Ona görə də özünüzü Uca Allahın sizə qadağan etdiyi şeylərlə məşğul etməyin! Sonda Uca Allahdan istəyirik ki, imanı sizə sevdirib onunla qəlbinizi zinətləndirsin! Küfrə, fasiqliyə və asiliyə qarşı da sizdə nifrət hissi yaratsın, ən gözəl əməlləri və sözləri yerinə yetirməyə sizi müvəffəq eləsin və sizə əməli saleh ər və gözəl övladlar bəxş etsin!


Dostlarınızla paylaşın

Şərhlər: 3
  1. Kenan0001
    Sevgilisi olanı sevmək düz deyil. Çox zəhləm gedir belə şeydən...Dost arasına girən şeytan sifətli yeni dostlar...yaxud 2 insan bir birini sevirsə onların arasına girən şeytan ara vurmaqla məşqul olanlar.
  2. Sensiz darixiram
    Bu xeber esl birilerine lazimdi bide hem mence gunahdi hemde kisiliye yarasmaz!..

    sitat: Sensiz darixiram
    Bu xeber esl birilerine lazimdi bide hem mence gunahdi hemde kisiliye yarasmaz!..

    Qadinlardaki day ona soz tapmadim:))ama turklerin olmasin gonul bu akada konar ...da:biggrin:
  3. L e o n
    Maraqli xeberdi Allah razi olsun.

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.