reklam
Şəhəri elan kağızlarıyla doldurdu - özünə sevgili tapdı - FOTO Şəhəri elan kağızlarıyla doldurdu - özünə sevgili tapdı - FOTO https://loading.az/uploads/posts/2020-02/1580717288loading.az_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Maraqlı 3-02-2020, 12:10

Şəhəri elan kağızlarıyla doldurdu - özünə sevgili tapdı - FOTO

Şəhəri elan kağızlarıyla doldurdu - özünə sevgili tapdı - FOTO
Malayziyanın Terenganu əyalətinin sakini, 35 yaşlı Nur Aziro Abdullah özünə həyat yoldaşı tapmaq üçün yaşadığı şəhərin küçələrinə elan vurduqdan sonra sevgili tapıb.

Bu barədə "Asia One" yazır.

Abdullah öz foto və telefon nömrəsi olan bannerlərlə qızların diqqətini cəlb edə bilib.

Yanvarın 10-da şəhər sakinlərindən biri elanın şəklini öz "Twitter" səhifəsində paylaşıb. Bundan sonra Abdullah çoxsaylı zənglər almağa başlayıb. 

Adı açıqlanmayan 33 yaşlı qadın da marağa zəng vuranlardan biri olub. Onlar bir müddət yazışandan sonra ötən həftə görüşüblər. Qadın Abdullahla ailə qurmağa razı olduğunu bildirsə də, cütlük hələ tanışlıq mərhələsindədir.

Şəhəri elan kağızlarıyla doldurdu - özünə sevgili tapdı - FOTO

Elanların küçələrdən yığışdırılmasına baxmayaraq, zəng vurub yazanlar hələ də var. Onların arasında Abdullahı orijinal fikrinə görə tərifləmək və bu metodun nə dərəcədə işlədiyini öyrənmək istəyən kişilər də olur. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 216 203 180 178 209

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.