reklam
"Mənə Nə Oldu?" "Mənə Nə Oldu?" https://loading.az/uploads/posts/2019-05/1558115488loading.az_1485252839_1483275656_7ps_pmtsegw.jpg
Ümidli gözəl

Ümidli gözəl Şeirlər 17-05-2019, 21:59

"Mənə Nə Oldu?"

"Mənə Nə Oldu?"
Bir insan bu qədər dəyişə bilər?
Fikirlər başqadır, sözlər də başqa.
Ayaqlar başqacür yeriyir indi,
Yollar da başqadır, izlər də başqa.


"Mənə Nə Oldu?"


Səhər açılmadı, Günəş doğmadı,
Dünya başqalaşdı, zaman dəyişdi.
Cismim də başqadır, ruhum da başqa,
Dəyişdi bu adam, yaman dəyişdi.




Saçlar da ağardı, üz də qırışdı,
Ömür də yolunun yarısındadır.
Yox, onun bunlardan xəbəri yoxdur,
Gör, ürək nələrin arzusundadır.




Bu həsrət, yalqızlıq nədəndir görən,
Bu qədər dəyişmək nəyə lazımdır?
Bəlkə bu yuxudur, oyanacağam,
Bəlkə də bu mənim alın yazımdır.




Nədir məni məndən alıb aparan,
Məni kim dəyişdi, mənə nə oldu?
O qız sən deyilsən, sən o deyilsən,
Sən niyə dəyişdin, sənə nə oldu?




Nə bilim dünənim sabahım olar,
Yaşayan illər də durar qəsdimə.
Niyə bu dənizin sahili yoxdur,
Niyə bu dalğalar gəlir üstümə?


Şahin İlqar


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
235 258 236 230 259 210

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.