ONLAYN: 3

Qonaq: 178 Cəmi: 184

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Esmeralda
Xəbər 103
Cəmi: 1790
AzizA
Xəbər 78
Cəmi: 133
❤ASİMANIM❤
Xəbər 51
Cəmi: 917
Kenan0001
Xəbər 20
Cəmi: 3378
amon
Xəbər 9
Cəmi: 597
Sensiz darixiram
Xəbər 7
Cəmi: 43
Sol Meleyim
Xəbər 6
Cəmi: 511
mensiz
Xəbər 4
Cəmi: 58
avara
Xəbər 4
Cəmi: 4
Avara_sair
Xəbər 3
Cəmi: 107

Sorğu

Loading.Az Sayt`ını ?

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,3 Milyon
2) Kenan0001 » 1,3 Milyon
3) ❤ASİMANIM❤ » 410,3 Min
4) _Uğuböceyi_ » 381,9 Min
5) Sol Meleyim » 369,6 Min
6) L e o n » 259,2 Min
7) Sensiz darixiram » 226,9 Min
8) _Yene_Tenha_ » 220,4 Min
9) poppy » 145,3 Min
10) AzizA » 143,6 Min
11) SeKeRCiK » 139,3 Min
12) Avara_sair » 121,9 Min
13) amon » 113,3 Min
14) Ümidli gözəl » 85,8 Min
15) Nani_Fit » 85,6 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 80,8 Min
18) _O.R.X.A.N_ » 77,1 Min
19) JustWatch » 73,4 Min
20) mensiz » 70,9 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.


Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Sensiz darixiram
Şərh: 324
Cəmi: 3033
AzizA
Şərh: 268
Cəmi: 541
L e o n
Şərh: 208
Cəmi: 7049
Elnare
Şərh: 105
Cəmi: 446
Jalə
Şərh: 49
Cəmi: 88
Esmeralda
Şərh: 38
Cəmi: 7426
sessiz musiqim
Şərh: 33
Cəmi: 1309
❤ASİMANIM❤
Şərh: 28
Cəmi: 1433
Kennan Demir Atasoy
Şərh: 28
Cəmi: 49
Ümidli gözəl
Şərh: 26
Cəmi: 309

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Sensiz darixiram
Bugün 159
Cəmi: 1107
AzizA
Bugün 121
Cəmi: 478
olseem_ulama
Bugün 1
Cəmi: 388
Esmeralda
Bugün 39
Cəmi: 260
L e o n
Bugün 78
Cəmi: 218
sessiz musiqim
Bugün 38
Cəmi: 200
Kennan Demir Atasoy
Bugün 2
Cəmi: 183
❤ASİMANIM❤
Bugün 52
Cəmi: 182
Jalə
Bugün 77
Cəmi: 179
Ümidli gözəl
Bugün 47
Cəmi: 161

Son Hədiyyə

Göndərilmiş hediyyə
xanka » Jalə

Mesaj: Canim JALEME

Möcüzəli Talehim Bölüm 33




Ayan ağrı və yorğunluğun təsirindən göz qapaqlarını güclə aralayıb ətrafa nəzər salır. Yerində dikəlmək istəsə də onu saran möhkəm əllər üzündən bunu bacarmır. Təəccüblə başını qaldırdıqda Anarın üzünə dəyən isti nəfəsi və yatmış simasıyla qarşılaşır. O qədər şirin yatmışdı ki,insan onu oyatmağa belə qıymırdı.Ayan üzünə qondurduğu gülüşlə onun üz cizgilərini incələyib başını yenidən köksünə dayayır. Onun ürək döyüntülərinin ritmində dünən gecə baş verənləri düşünür...

Anar şirin öpüşün təsirindən özünü itirməkdən qorxaraq yavaşca Ayanı özündən aralayır.Onun üzünü əlləri arasına qavrayıb alnını-alnına dayanır. Ayanın qızdırması olduğunu bilsə də onun bu etirafı dünyalara bərabər idi.
Anar"Ayan, məni çox xoşbəxt etdin...İnan mənə bundan sonra hər şey çox gözəl olacaq"
Ayan"Buna inanmaq istəyirəm..Anar yaşadıqlarımızı geridə buraxıb artıq xoşbəxt bir həyata başlamaq istəyirəm"
Anar"Olacaq sevgilim, biz bunu bacaracayıq"
Ayan"S-səni sevirəm..Özümə belə etiraf edə bilmədiyim bir şeyi sənə edirəm"
Anar yenidən dodaqlarına yumulub onu öpüşlərə qərq edir. Ayan artıq özünü ona təslim etsədə o Ayanı incitməkdən,sabah oyananda peşman olmasından qorxurdu. Bu səbəbdən özünə güclə hakim olaraq Ayanı yenidən divanda əyləşdirir.Ayan onun nə etdiyini anlamasada çox keçmədən niyyətini anlayır. Əlində termometr və dərmanla gələrək Ayanın yanında əyləşir.İlk öncə dodaqlarını alnına basdıraraq istisini yoxlayır ardından əlini yavaşca aralayıb termometri yerləşdirir. Rahat olsun deyə onu körpə uşaqlar kimi divana uzadıb üstünü qalın adyalla örtür.Bir əliylə əlini ovcunda sıxır digər əliylə isə saçlarını oxşayırdı.
Ayan"Bu qədər şey nəyə lazımdı axı; yatsaydım keçərdi"
Anar"Sakit dur balaca xanım. Çox hərəkət eləsən termometri sındıra bilərsən..Həm də yatmaqla xəstəlik düzəlmir amma mənlə birlikdə yatmağı düşünürsənsə o ayrı"
Ayan"Öküz! " ayağa qalxıb onu vurmaq istəsədə bu istəyi ürəyində qalır.Anar isə xısın-xısın gülərək ona acıq verir. Sonra əllərinə və qızaran yanaqlarına öpüş qondurur, xırıltılı və məst olmuş səsiylə yenidən yoldaşının könlünü alır"Mənim balacam nə yaman əsəbi olub..Sən mənim zarafatlarımı yox eşq etiraflarımı ciddiyə al məncə "
Ayan utandığından və sözlərin təsirindən nə edəcəyini bilmir.Çıxış yolunu söhbəti dəyişməkdə axtarır."Bəlkə çıxarasan qolumdakı zibili? Heykələ döndü qolum"
Anar"Axaxaxa. Səbrsiz balacam, dayan görüm..Bu arada etiraflarımdan qaçdığını bilmirəm sanma amma qaçışın yoxdu"
Ayan"Mən heç hara qaçmıram"
Anar istehza dolu baxışlarla onu süzərək qolundakı termometri əlinə alaraq astadan yellədir. 38 dərəcə qızdırması var idi Ayanın.
Ayan"Nə oldu? çoxdu? "
Anar"Biraz var əzizim..Dayan sənə dərman verəcəm, anam mən xəstə olandan bundan içirirdi çox xeyirlidi"
Ayan"Bu qədər qayğıma qalacağını bilmirdim çox sağol"
Anar"Ayan hələ də gözümdə olan qiymətini görməmisən yəni? Kaş ki,sabah oyananda bu etdiklərini unutmamış olasan"
Ayan"Çətin unudam..Mənim yuxum gəlir"
Anar"Dayan madmazel"
Onu yenidən qucağına alaraq pillələri qalxır. Ayan taqəti olmadığından buna etiraz etmir. Anar onu otağına gətirərək yatağa uzadır. Üstünü örtərək aşağı enib su və dərmanla yenidən yanına qayıdır. Yorğanı aralayıb Ayanın yanına uzanır.
Ayan"S-Sən neyləyirsən?"
Anar"Heç etiraz etmə xanım qız. Səni qızdırmalï vəziyyətdə tək qoya bilmərəm"
Onun ağzını açmasına macal vermədən sinəsinə sıxaraq qollarıyla möhkəm sarır..

Ayan xəyallardan ayılıb yenidən Anarın yatışını izləyir.Bir an özünə hakim ola bilməyib onu öpmək istəsədə özünü ələ alır .Anarın üzünə düşən saç telləri onun yaraşıqlılığını daha da artırırdı.Qəfildən onun üz-gözünü turşudub oyanmaq istədiyini gördükdə ağlına gələn fikirlə qolları arasından çıxıb çarpayının kənarında dayanır.Anar gözlərini ovxalayıb ətrafa baxınır ,başını sağa çevirdikdə ona hirslə baxan Ayanı gördükdə içindən"qorxduğum başıma gəldi "deyə keçirir.Ayan onun nəyi təxmin etdiyini bilib gülməmək üçün özünü zorla tutur. Yenidən ciddi sifət alıb qaş-qabağını tökür.
Ayan"Niyə burda olduğunun izahını verəcəksən yoxsa? "
Anar"Doğrudan heç nə xatırlamırsan? "
Onun məsum baxışları Ayanın qəlbini yumşaltsada oyunu sona qədər davam etdirir.
Ayan"Nəyi xatırlayım? ən son xatırladığım sənin üzündən hovuza düşməyimizdi.Mənim otağımda nə işin var hə? "
Anar"Dayan, başa salacam. Qışqırma amma"
Ayan"Necə yəni Qışqırma? Bəlkə özümdə olmadığımdan istifadə edib mənə toxunmusan hətta? "
Anar"Ayan nə danışdığının fərqindəsən? Mən elə biriyəm yəni? "
Ayan artıq oyununa son verərək gülüşünü sərbəst buraxır. Əlini bir-birinə vuraraq qəhqəhə çəkib Anarın yanında əyləşir.Anar heç nə anlamamış tərzdə onu seyredir bir tərəfdən də başını qaşıyırdı.
Ayan gözləmədiyi anda onun dodaqlarına kiçik öpüş qonduraraq yanaqlarını oxşayır "Hər şey yadımdadı böyük ürəkli adam..Mən də səni sevirəm"
Anar işıldayan gözlərlə Ayana baxıb onu bərk-bərk qucaqlayır..Sonradan onunla oyun oynadığı ağlına gələn kimi qəfil yatağa uzadıb qıdıqlamağa başlayır.
Ayan"Aaxaxax, Anar neyləyirsən? "
Anar"Buda sənə dərs olsun balacam..Birdə məni aldadacaqsan? "
Ayan"Y-yox, aldatmayacam "
Anar sonda onu qıdıqlamağı buraxıb əlindən tutaraq aşağı enir. Birlikdə mətbəxə keçərək yemək hazırlamağa başlayırlar.Ən son Anarın bağ evində yemək hazırlamışdılar.Ayan köhnə günləri xatırladıqca gah gülümsəyir gah da üzülürdü.
Ayan"Anar? "
Anar"Aycan "
Ayan"Bağ evinə getməyimiz yadındadı? "
Anar"Mən birlikdə keçirdiyimiz heç bir anı unutmamışam balacam "
Ayan"Məni parkdan qaçırmışdın həmin gün"
Anar"Başqa çarə buraxmamışdın ki..Səni öpdüm deyə başıma oyun açırdın az qalsın"
Ayan"Sən o şilləyə layiq idin, ilk öpüşümü oğurlamışdın məndən "
Anar"Yemək yanacaq diqqətli ol..Həm onsuzda əvvəl-axır mənim olacaqdın "
Ayan"Puah, çox bilirsən sən"
Anar"Əlbəttə çox bilirəm..İndi yeməyə duz tökməsən dadsız alınacağınıda bilirəm "
Ayan"Ay yadımdan çıxıb "
Yeməyə duz əlavə etdikdən sonra qaşığın ucunda Anara dadızdırır. Başda Anar yalandan üz-gözünü tutşutsada sonradan əl işarəsiylə dadlı olduğunu bildirir. Ayan balaca yumruqla qarnına zərbə endirib onu qucaqlayır...

10 gün sonra..
Bu 10 gün müddətində çox şey yaşanmışdı.Anar bəzi günlər işə getmir vaxtını ancaq Ayana ayırırdı.Birlikdə gəzməyə ,film seyretməyə gedir, çoxlu vaxt keçirirdilər.Həftədə bir günlərini ayırıb ailələrini ziyarət etməyidə unutmurdular.Ancaq hələ də Ayan onun qadını olmamışdı...Özünü hazır hissetmədiyindən yenə ayrı otaqlarda qalırdılar, sanki evli cütlük yox sadəcə sevgili idilər..Ancaq Anar onu heç nəyə məcbur etmirdi "Bir ömür keçsə yenə səni gözləyərəm "deyirdi..Gülşən isə ofisdə oturub bütün gün Anarı gözləyirdi, o işə gəlməyən günlər hirsini işçilərindən çıxarırdı.İmzalar atıldıqdan sonra tez-tez iş bəhanəsiylə Anarla görüşür ona yaxın olmaq üçün əlindən gələni edirdi..Kənanda boş durmayacaqdı, Ayan nömrəsini dəyişsədə Gülşən adamları sayəsində taparaq yenidən Kənana vermişdi.Ağlında onları ayıracaq çox böyük bir plan var idi..Sevdanınsa başı daha böyük dərddə idi. Həkimə gedib uşağı abort etdirmək istəsə belə alınmamışdı, əgər uşaq abort edilərsə Sevda da həyatını itirə bilərdi.Tanrı sanki onu cəzalandırırdı.Utancından dərdini heç kimə danışmırdı.Bəzi günlər dərsə getmir getdiyində də arxa partada oturub heç kimlə yaxınlıq etmirdi. Ayan bir neçə dəfə ona yaxınlaşsada onu acılayaraq özündən uzaqlaşdırmışdı.Bu gün də dərsdən çıxan kimi heç kimə məhəl qoymadan universitetdən çıxaraq yolla addımlayırdı. Yanında dayanan maşınla irkilsədə qulağına gələn tanış səslə ürəyi rahatlamışdï.
Səlim"Sevda "
Sevda"Səlim? sən burda neyləyirsən? "
Səlim"Dostumgilə gedirdim yolda səni gördüm dedim salam verim. Min səni getdiyin yerə qədər aparım "
Sevda"Yox, sağol özüm gedərəm. Əziyyət çəkmə"
Səlim"Nə əziyyəti. Hava buludlu yağışa düşəcəksən, inad etmə gəl "
Sevda"Yaxşı "
Maşına minərək kəmərini taxır.Səlimin ona olan hisslərindən hələ də xəbərsiz idi...
Səlim"Dərslərin necə gedir? "
Sevda"Pis deyil hələki"
Səlim"Nəsə olub? kefsiz görünürsən "
Sevda"Yox, biraz başım ağrıyır sadəcə"
Səlim"Yaxşı, onda mən daha çox danışıb başını ağrıtmayım "
Sevda"Səlim elə demə xahiş edirəm, sənlik bir şey yoxdu həqiqətən..Burda saxlayarsan zəhmət olmasa..Çox sağol təkrar"
Səlim"Dəyməz Sevda; sən sağol"
Sevda maşından enərək cəld evə tərəf addımlayır. Səlim isə arxasından baxaraq köks ötürür. Əvvəlləri ancaq deyib -gülən, şən qız getmiş yerinə kobud, sevimsiz bir qız gəlmişdi sanki..Maşını xodlayıb getmək istəyirdi ki,gözü oturacağın üstündə qalan telefona sataşır. Deyəsən sevdanın cibindən düşmüşdü..

Sevda içəri girən kimi küncə qısılıb ağlayan balaca Sevinclə qarşılaşır. Qapını açıq qoyaraq tez qaçaraq onu ağuşuna alır.
Sevda"Sevinc? nə olub gözəlim? niyə ağlayırsan? "
Sevinc"A-atam"
Sevda"Atam? yenə vurub sənə? "
Sevinc"Dedi ki,səni ö-öl-öldürəcək "
Sevda"n-nə? "
Elə bu an içərdən Rasimin qəzəbli səsi duyulur.
Rasim"Sevda!Tez keç içəri, küçük!"
Sevda titrəyərək ayağa qalxıb içəri keçir.Məryəm Rasimin qolundan tutub sakitləşdirmək istəsədə kişinin gözlərindən od çıxırdı sanki.
Sevda"N-nə baş verib? "
Rasim"Birdə utanmadan soruşursan? Namusumuzu iki qəpiklik elədin, murdar fahişə" Sevda sözlərin təsirindən ayılmamış Rasim yüyürək ona ard-arda şillələr çəkir.Məryəm aģlayaraq qolundan yapışıb aman diləsədə xeyri yox idi.
Məryəm"Qurbanın olum Rasim eləmə, qıyma balamıza"
Rasim"Çəkil qadın!Onsuz sən qudurtmusan bunu"
Ardından cibindən çıxardığı testi Sevdanın üzünə çırpır."Bu nədi hə? qancıq!Bacın otaqda oynayarkən yastığının altında tapıb.Əlimə alıb baxmasam nə zibillər qaynatdığından xəbərim olmayacaqdï"
Sevdanın aldığı zərbələrdən artıq burnundan qan açılmışdı. Balaca Sevinc əlləriylə qulaqlarını tutub hönkürürdü..
Səlim sonda Sevdagilin evini tapmışdı. Qapını döyüb içəri keçmək istəyirdi ki,açıq olduğunu görüb duruxsayır.İçəridən gələn fəryad və qışqırıq səsləri onu diksindirir. Cəld içəri keçib nələr baş verdiyini öyrənmək istəyir..
Rasimin şillə və yumruqlarının təsirindən Sevda ayaqda qala bilməyib yerə çökmüşdü.Məryəm Onun ayaqlarından tutub"vurma balama"deyə yalvarırdı. Sevda isə hal-hazırda uşağına bir şey olacağından qorxurdu. Düzdür bu uşağı istəmirdi ancaq indi ona zərər gələcək deyə çox qorxurdu.Rasim nalayiq ifadələr işlətməyə davam edirdi"Ləçər! Allah bilir neçə kişinin altïna yatıb!Qarnındakı küçük kimdəndi hə? tez cavab ver"Sevdanı oyuncaq kimi qolundan tutub yenidən vurmaq istəyirdi ki,havada saxlanan əliylə duruxsayır.
Səlim"Gücün məsum qıza çatar ancaq"
Məryəm"Oğlum qurban olum qurtar qızımı"
Rasim"Sən kimsən? Sən də onun üstündən keçənlərdən birisən? "
Səlim"Yum ağzını yoxsa yaşına-başına baxmaram səni burdaca öldürərəm"
Sevda"Sə-səlim"hönkürərək Səlimə sarılır. Həm utanır həm də qorxurdu..Səlim saçlarını sığallayaraq"keçdi"deyə fısdayırdı.Yavaşca onu ćənəsindən qaldıraraq partlayan dodağı və burnuna nəzər salır."Yaxşısan?"
Sevda yenidən höbkürməyə başlayır.
Rasim"Sən bizim ailə məsələmizə qarşma! Çəkil öldürəcəm o qancığı "
Səlim onu sinəsindən itələyərək divanın üstünə yıxır. "O uşaq məndəndi!Onada Sevdayada sahib çıxaraq. Bir daha onun nədə nəvənizin üzünü göstərməyəcəm size! "
Sevda başda olmaqla hamı təəccüblə baxırdı ona. Səlim"Gəl gedək Sevda"onun qolundan tutaraq qapıya doğru addımlayır. Sevinc qaçaraq Sevdanı qucaqlayıb"bacı getmə"desədə Sevda əyilərək onun üzündən öpür və"səni gəlib aparacam əzizim"deyə yalandan da olsa gülümsəyir.
Sevinc əlini onun qayayan hisslərində gəzdirib"ağrıyır? "deyə dolmuş gözlərlə soruşur.
Sevda"Sənin əlin dəyəndən sonra ağrımır artıq"
Səlim Sevdanın əlini heç buraxmayacaqmış kimi tutub"gedək"deyir və birlikdə Rasimə nifrət dolu baxışlar yağdırıb evdən ayrılırlar...

Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. Kenan0001
    18+ olmuş bölüm)
  2. ADMiN
    Tesekkurler..

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.