ONLAYN: 5

Qonaq: 396 Cəmi: 404

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Esmeralda
Xəbər 103
Cəmi: 1790
AzizA
Xəbər 78
Cəmi: 133
❤ASİMANIM❤
Xəbər 51
Cəmi: 917
Kenan0001
Xəbər 20
Cəmi: 3378
amon
Xəbər 9
Cəmi: 597
Sensiz darixiram
Xəbər 7
Cəmi: 43
Sol Meleyim
Xəbər 6
Cəmi: 511
mensiz
Xəbər 4
Cəmi: 58
avara
Xəbər 4
Cəmi: 4
Avara_sair
Xəbər 3
Cəmi: 107

Sorğu

Loading.Az Sayt`ını ?

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,3 Milyon
2) Kenan0001 » 1,3 Milyon
3) ❤ASİMANIM❤ » 410,3 Min
4) _Uğuböceyi_ » 381,9 Min
5) Sol Meleyim » 369,6 Min
6) L e o n » 259,2 Min
7) Sensiz darixiram » 226,9 Min
8) _Yene_Tenha_ » 220,4 Min
9) poppy » 145,3 Min
10) AzizA » 143,6 Min
11) SeKeRCiK » 139,3 Min
12) Avara_sair » 121,9 Min
13) amon » 113,3 Min
14) Ümidli gözəl » 85,8 Min
15) Nani_Fit » 85,6 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 80,8 Min
18) _O.R.X.A.N_ » 77,1 Min
19) JustWatch » 73,4 Min
20) mensiz » 70,9 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.


Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Sensiz darixiram
Şərh: 324
Cəmi: 3033
AzizA
Şərh: 268
Cəmi: 541
L e o n
Şərh: 208
Cəmi: 7049
Elnare
Şərh: 105
Cəmi: 446
Jalə
Şərh: 49
Cəmi: 88
Esmeralda
Şərh: 38
Cəmi: 7426
sessiz musiqim
Şərh: 33
Cəmi: 1309
❤ASİMANIM❤
Şərh: 28
Cəmi: 1433
Kennan Demir Atasoy
Şərh: 28
Cəmi: 49
Ümidli gözəl
Şərh: 26
Cəmi: 309

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Sensiz darixiram
Bugün 159
Cəmi: 1107
AzizA
Bugün 121
Cəmi: 478
olseem_ulama
Bugün 1
Cəmi: 388
Esmeralda
Bugün 39
Cəmi: 260
L e o n
Bugün 77
Cəmi: 217
sessiz musiqim
Bugün 38
Cəmi: 200
Kennan Demir Atasoy
Bugün 2
Cəmi: 183
❤ASİMANIM❤
Bugün 52
Cəmi: 182
Jalə
Bugün 77
Cəmi: 179
Ümidli gözəl
Bugün 47
Cəmi: 161

Son Hədiyyə

Göndərilmiş hediyyə
xanka » Jalə

Mesaj: Canim JALEME

Turizm Aktual mövzular: Dollar alış-satışı , Ramazan , Qarabağ , Hava , Məzənnə Reklam Naxçıvanda 11 min hektardan artıq ərazi düşməndən azad edil



1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib.

Məlumata görə, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.
Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.

Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuşdur.

Elə bu günlərdə həmin kənddən reportaj yayımlayan Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajı da deyilənləri təsdiq edir. Həmin videoreportajda Azərbaycan ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan kənd əhalisi Ermənistan Müdafiə nazirliyinin onları aldatdığını və ordunun əraziləri qorumaq iqtidarında olmadığını qeyd edirlər.

26 illik həsrətdən sonra dünən günnütlülər maşın karvanı ilə doğma torpağa qayıdıb, əzizlərinin məzarını ziyarət ediblər. Öz ata-baba yurdlarına, doğma ocaqlarına qayıdan Günnüt kəndinin sakinləri əcdadlarının uyuduğu qəbiristanlıqda dünyasını dəyişmiş günnütlülərin və şəhidlərimizin ruhlarına dualar edib, məzarların üstünə gül düzüblər.

Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan televiziyası və NUHÇIXAN-ın informasiya agentliyinin əməkdaşları Şərur rayonunun ermənilər tərəfindən işğal edilən Günnüt kəndindən xüsusi reportaj hazırlayıb.


Dostlarınızla paylaşın

Şərhlər: 1
  1. L e o n
    Allah butun esgerlerimizi qorusun.
    Xeber ucun teshekkur.

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.