Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Esmeralda
Xəbər 103
Cəmi: 1790
AzizA
Xəbər 78
Cəmi: 133
❤ASİMANIM❤
Xəbər 51
Cəmi: 917
Kenan0001
Xəbər 20
Cəmi: 3378
amon
Xəbər 9
Cəmi: 597
Sensiz darixiram
Xəbər 7
Cəmi: 43
Sol Meleyim
Xəbər 6
Cəmi: 511
mensiz
Xəbər 4
Cəmi: 58
avara
Xəbər 4
Cəmi: 4
Avara_sair
Xəbər 3
Cəmi: 107

Sorğu

Loading.Az Sayt`ını ?

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,3 Milyon
2) Kenan0001 » 1,3 Milyon
3) ❤ASİMANIM❤ » 410,3 Min
4) _Uğuböceyi_ » 381,9 Min
5) Sol Meleyim » 369,6 Min
6) L e o n » 259,2 Min
7) Sensiz darixiram » 226,9 Min
8) _Yene_Tenha_ » 220,4 Min
9) poppy » 145,3 Min
10) AzizA » 143,6 Min
11) SeKeRCiK » 139,3 Min
12) Avara_sair » 121,9 Min
13) amon » 113,3 Min
14) Ümidli gözəl » 85,8 Min
15) Nani_Fit » 85,6 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 80,8 Min
18) _O.R.X.A.N_ » 77,1 Min
19) JustWatch » 73,4 Min
20) mensiz » 70,9 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.


Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Sensiz darixiram
Şərh: 324
Cəmi: 3033
AzizA
Şərh: 268
Cəmi: 541
L e o n
Şərh: 208
Cəmi: 7049
Elnare
Şərh: 105
Cəmi: 446
Jalə
Şərh: 49
Cəmi: 88
Esmeralda
Şərh: 38
Cəmi: 7426
sessiz musiqim
Şərh: 33
Cəmi: 1309
❤ASİMANIM❤
Şərh: 28
Cəmi: 1433
Kennan Demir Atasoy
Şərh: 28
Cəmi: 49
Ümidli gözəl
Şərh: 26
Cəmi: 309

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Sensiz darixiram
Bugün 159
Cəmi: 1107
AzizA
Bugün 121
Cəmi: 478
olseem_ulama
Bugün 1
Cəmi: 388
Esmeralda
Bugün 39
Cəmi: 260
L e o n
Bugün 78
Cəmi: 218
sessiz musiqim
Bugün 38
Cəmi: 200
Kennan Demir Atasoy
Bugün 2
Cəmi: 183
❤ASİMANIM❤
Bugün 52
Cəmi: 182
Jalə
Bugün 77
Cəmi: 179
Ümidli gözəl
Bugün 47
Cəmi: 161

Son Hədiyyə

Göndərilmiş hediyyə
xanka » Jalə

Mesaj: Canim JALEME

Minik Möcüzəm (2)




Körpəm, hələ bap-balacasan mənsə artıq sadəcə və sadəcə sənin xəyalını qururam hər gün. Körpəm... Sevimli və əziz körpəm... O anı gözləyirəm ki, sənə "həyatıma xoş gəldin, körpəm" deyəcəm. Səninlə həyat tam bambaşqa olacaq, səninlə həyatım başlayacaq. Səni ilk hiss edəcəyim anı düşünürəm. Artıq bu həyatdaki varlığını ilk hiss edəcəyim anı gözümün önündə canlandırıram. Həyəcanlanıram.. öz-özümə gülümsəyirəm. Bəzənsə elə o xəyalımda qalıram, bir anlıq çox kiçiy olsan da bətnimdə səni hiss edirəm... əlimi bətnimin üzərinə qoyub ordakı istiliyini hiss edirəm... özümü qucaqlayıram, əlimi çəkmirəm bətnimdən... və sonra utanıram... Ən qəmli anlarımda xəyalınla dayanıram. Yanımda heç kim olmadıqda yenidən sənə qayıdıram. Səninlə söhbət edirəm. Ananın səhvlərini və ya acısını sənə danışıram. Sevincimi bölüşürəm səninlə. Çox ehtiyyatlı davranıram özümə həmin anlar, çünki mənim o an bətnimdə sən varsan. Səni bətnimdə belə hər şeydən qorumaq istəyirəm... Sənə indidən ad fikirləşirəm. Saatlarla bu xəyalın içində qalmaq istəyirəm. Sənin ilk tərpənişlərini hiss edirəm bəzən... unuduram, yanımda kiminsə olmasını unuduram və kimsə nəyə gülümsəyirsən soruşduqda çaşıb " bəbişimin hərəkətlərinə " deyərək cavab verirəm. Dünyaya gəlişini arzulayıram. O hissi yaşamaq, səni əllərimə almaq, qoxlamaq, öpmək istəyirəm. Heç kimə verməyim səni, heç kim toxunmasın sənə. Ancaq mənim ol, ancaq mən oxşayım səni, mən sığal çəkim o yanağına, saçlarına. Paylaşmayım səni kimsəylə. Sənin üçün bir mələk olum. Hər oyandqda ilk öncə məni gözün axtarsın, mənim ətrimi bütün ətirlərdən çox sev. Məni gözü yumulu belə tanı. Nəfəsimi hiss etdikdə rahatlan, mənim qucağımı istə. Başqasına can atma. Bapbalaca əlinlə barmağımdan tut, səni yedizdirim. Hər oyandığında necə gərnəşməyinə baxım. Sənə görə narahatlıqları keçirim. Sənin üçün yuxusuz qaldığım gecələr mənə şirin gəlsin. Sən ol hər an ağlımda, sən ol hər an yanımda. Gözlərim sənin varlığının sevinc göz yaşıyla dolsun. Yanımda yuxula, mənimlə birgə oyan. Gecə yuxudaykən əllərin üzümə toxunsun. İlk mənim adımı səslə, ilk məni çağır. Ana sözünü mənə de, hər ana dedikdə ən doğmanı çağırdığını hiss et. Hər çağırışına qaçaraq gəlim. Hər şeydən üstün ol, hər kəsdən üstün ol mənim üçün. Hər saniyələrini izləyim. İlk addımlarını mənim əlimdən tutaraq at, mənim üstümə qaçaraq at. Mən yanındaykən heçnədən qorxma. Güvənli ol. Zamanla bu güvənin daha da artsın. Böyü körpəm. Səni mən böyüdüm. Əzizləyim, qayğına qalım. Sevgimlə əhatə olun. Bağça da ilk oyununda yıxılan kimi yanıma qaç. Öpüm yerə dəyib əzilən dizlərindən, əllərindən. Körpə göz yaşlarını yanağından öpərək silim. Sən heç ağlama, bütün ağrılarını öz üzərimə götürüm. Elə bir xoşbəxtliyi yaşat ki mənə itirdiyim hər bir itkilərim unudulsun. Bir tək sən ol yaddaşımda. Varlığınla işıqlandır həyatımı. Yenidən mənə bir həyat ver. O həyatda səndən, sənin sevgindən başqa heçnə olmasın. Kimsə girməsin aramıza, kimsə səni almasın məndən. Hər zaman ən çox məni istə. Hər an məni səslə. Yazıram. Elə xoşbəxtəm ki bu an, yazdıqca yenidən duydum sənin şirinliyini. Doymuram səndən. Ancaq səni yaşayıram. Məsumsan, safsan, Allahdan göndərilən ən böyük paysan. Mənimsən. Mənimsən deyə biləcəyim yeganə varlıqsan. Ruhən o qədər gözəlləşdirmisən ki məni. Səninlə birgə mən də sanki məsumlaşıram. Sanki bütün pisliklər həyatımdan silinir. Sanki dünya mənimdir kimi gəlir. Hər sənin bətnimdəki varliğini duyduqda şükr edirəm Allaha! varlığına görə şükr edirəm. Davam et əziz körpəm. Oynamağa davam et, hər saniyəylə böyü. Özümün uşaq ikən keçirmədiyim bütün xoş anları sənə yaşatmaq istəyirəm. Hər zaman kənardan izlədiyim anları sənə yaşatmaq istəyirəm. Heçnəyə kənardan baxası olma. Ən gözəli sənin olsun hərşeyin.Sevimli körpəm, duyma sən həyatın pis üzünü, görmə sən yaşanılan və yaşanılacaq pislikləri. Üzülmə sən bu həyatda heçnəyə. Heç bir zaman gülüş əksik olmasın o yanağından. Həmişə xoşbəxt ol. Həmişə sənə layiqli ana olduğumu hiss etdir mənə. Ana sevgisinin gözəlliyini duydur mənə. Səninlə birgə mən də parlayım... Çox gözlədim səni sonunda gəldin. Hər şeyim sən ol bundan sonra... Çünki Sevgilərin ən gözəli sənsən, körpəm!







Səni qucağima alıb lay-lay deyəcəyim günlər tez gəlsin körpəm...

Dostlarınızla paylaşın

Şərhlər: 3
  1. Sol Meleyim
    xebere gore tesekkurler
  2. poppy
    sitat: Sensiz darixiram
    Xebere gore tewekkurler

    can xoshdu amma bu setirler menimcun bir xeberden daha coxudu :455:
  3. Sensiz darixiram
    Xebere gore tewekkurler

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.