reklam
Səni xatırladım yenə bu axşam... Səni xatırladım yenə bu axşam... https://img-s1.onedio.com/id-5452cbe11172e91a5e2d9c9c/rev-0/w-500/s-cb9b1943b6fea9715f3128c0817f807306ffc8d2.gif
ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 8-12-2017, 17:40

Səni xatırladım yenə bu axşam...

Səni xatırladım yenə bu axşam...
Səni xatırladım yenə bu axşam...


Səni xatırladım yenə bu axşam,
Gözlərim yol çəkir, ürək darıxır.
Bu qədər uzaqda dolandıq yetər,
Görüş yerimiz də bizsiz darıxır


Səni xatırladım yenə bu axşam...


Səssiz girdin, sən ruhumun içinə,
Çətin ki, bu ömür sənsiz keçinə,
Söylə, bu ürəyin indi suçu nə?!
Özü səndə qalıb, cismi darıxır.


Səni xatırladım yenə bu axşam...


Qəlbim qan ağlayır, üz gülə-gülə,
Hərdən də göz yaşım dönür bir selə,
Kül etdin qəlbimi, sən dönə-dönə,
Odu səndə qalıb, közü darıxır.


Səni xatırladım yenə bu axşam...


Ruhumda, ağlımda yalnız sən varsan,
Könlümə isıqsan, qəlbimə yarsan,
Başqa yol arama, vAllah azarsan,
Sevği yollarinda vüsal darıxır...


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
520 430 500 405 490 483

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.