reklam
İlham Əliyev "BAKU AGROPARK"-da İlham Əliyev "BAKU AGROPARK"-da http://loading.az/uploads/posts/2017-12/thumbs/1512386378_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 4-12-2017, 15:20

İlham Əliyev "BAKU AGROPARK"-da

İlham Əliyev "BAKU AGROPARK"-da



Azərbaycan prezidenti İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində "BAKU AGROPARK"ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub.

APA-nın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlət başçısına Aqropark barədə məlumat veriblər.

Bildirilib ki, "BAKU AGROPARK" MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır. İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq. Hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb.

İstehsal olunan məhsullar "Tomat.az" brendi ilə əsasən ixrac edilir. Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq.

Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.

***

Prezident İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində "BAKU AGROPARK"da görülən işlərlə tanış olub.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 265 238 256 287 263

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.