reklam
Çiçəyin tökülən ləçəkləri (2-ci bölüm) Çiçəyin tökülən ləçəkləri (2-ci bölüm) http://loading.az/uploads/posts/2017-10/thumbs/1508592081_papatya_11.jpg
Crazy_GirL

Crazy_GirL Hekayələr 22-10-2017, 17:21

Çiçəyin tökülən ləçəkləri (2-ci bölüm)

Çiçəyin tökülən ləçəkləri (2-ci bölüm)


Çiçəyin tökülən ləçəkləri (2-ci bölüm)

Süleymanın qardaşı da nişanlı idi.Yeri gəlmişkən Süleymanla qardaşı Fərhad əkiz idilər. Fərhadla Zeynəb artıq 9 ay idilər ki nişanlı idilər. Bir birlərinə yaraşan, xoşbəxt və mehriban cütlük idilər. Həm də çox səmimi idilər bir birləri ilə. Çiçək isə Süleymanla münasibətində xeyli çəkingən idi. Nədə olsa yeni-yeni birbirlərini tanıyırdılar. Çiçək Fərhadla da, Zeynəblə də çox mehriban idi. Yeni tanımasına rəğmən hər ikisini çox istəyirdi.
Bir gün Zeynəbin ailəsi Süleymangili də, Çiçəkgili də qonaq çağırdılar. Yemək süfrəsindən sonra gənclər bir otağa çəkildilər. 2 qardaş, 2 gəlin xeyli şirin söhbət etdilər. Zeynəblə Fərhad necə tanış olduqlarını, nişanlandıqlarını danışdılar. Çiçək də maraqla onları dinləyirdi. Arada Fərhadgil otaqdan çıxdılar, Çiçəkgili tək qoydular. Hər ikisi utanırdi. Birbirlərinə hələ tam öyrəşməmişdilər. Süleyman Çiçəyə nisbətən sərbəst idi. Çiçəyi yanağından öpmək istədi, o isə geri çəkildi. Özləri də anlamadan gülməyə başladılar.
4ü də çox yaxşı yola gedirdilər, həm də yaşıd idilər. 17 yaşlı gənclər idi. Çiçək onlardan ayca ən balacasıydı. Cəmi 3 ay aralarında fərq var idi. Heç elti, gəlin, qayın münasibətləri yox idi. Bir birlərinə bacı qardaş deyə xitab edirdilər.
Gələcəyin çox mehriban ailəsi olacaqdılar. Çiçək belə bir ailəyə gəlin gələcəyinə çox sevinirdi. Çiçək özü çox yaxşı qız idi. Saf, təmiz, gülərüz, mehriban, düşüncəli. Süleymanın atası və anası onu çox istəyirdilər. Onların qızı olmadığı üçün Zeynəbə də, Çiçəyə də çox bağlı idilər, hər ikisinə "qızım" deyirdilər.
Çiçək tezliklə Süleymanın ailəsinin hörmətini qazanmışdı. Adı dillərindən düşmürdü. Çiçək bütün bunlara layiq qızıydı.
-Ad günün mübarək canım. Yaxşı ki varsan həyatımdasan. Səni çooox sevirəm.
Bəli Çiçəyin ad günü idi. Gecə ilk təbrik edəni də Süleyman olmuşdu..


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
270 243 268 266 282 247

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.