reklam
Fərqli izimiz var (ikinci hissə) Fərqli izimiz var (ikinci hissə) http://loading.az/uploads/posts/2017-10/thumbs/1507836784_1414.jpg
DeepDark

DeepDark Hekayələr 12-10-2017, 23:44

Fərqli izimiz var (ikinci hissə)

Fərqli izimiz var (ikinci hissə)


Fərqli izimiz var (ikinci hissə)

Mən biraz düşündüm
Nərgiz: aa bağışla gələndən bəri heçnə stola getirmədim gözlə bir dəqiqə
Nərgiz içəri girdi mənsə hələdə düşünürdüm xoşbəxtliyi zaman deyil sevdiklərimiz onu bizim əlimizdən alır.
Biraz keçmişdiki Nərgiz əlində Bir qab dolusu meyvə doğrayıb gətirdi buyur ye çəkinmə
Tural: Çoxsağol Nərgiz
qabda cürbəcür meyvələr vardı mən bir dilim portağal götürüb yedim
Tural: Çox dadlıdı
Nərgiz: nuş olsun
Tural: Mən gedim evimizə anam məni axtarar sonra
səni tanıdığıma sevindim Nərgiz
Nərgiz: Məndə sevindim tural hələlik.
Mən öz evimizə gəldim bizim ev sadə birmərtəbəli ev idi onların evindən qat qat yoxsul evimiz vardı. içəridə köhnə tv birdə stol stullar və yerde artıq dağılmaqda olan illərin xalçası vardı. balaca bacım gəlincik oyuncağı ilə yerdə oturub oynayırdı mən onun başını sığalladım sonra dərslərimi etmək üçün stolun üzərini sildim kitablarımı cixarib stolun üzərinə qoydum. Kitabımın arasına bir zərf içində isə kitab üçün yığdığım pul vardı hələ yığdığım pul cəmi 3 manat 20 qəpik idi kitabın qiyməti isə 6 manat idi və kitab “Paulo Coelho” nun Məhşur əsərlərindən biri olan “Kimyagər” Romanı idi.
Hey düşünürdüm necə yığılacaq bu kitabın pulu atamın qazandığı pul yeməyimizə paltarımıza və məktəb ləvazimatlarına güclə çatırdı. Dərs etməyə heç həvəsim qalmamışdı evdən çıxdım məhəlləyə yayın bu istisində çöldə heç kim yox idi. Divarin dibinə biraz kölgəlik gəlmişdi əyilib yerdə oturdum başımı aşağı saldım başımdakı düşüncələr bir birini qovurdu sanki qəfildən çiynimə toxunan əldən diksindim tez ayağa qalxdım bu Nərgiz idi.
Nərgiz: qorxutmadım?
Tural: Yo Yox Qorxutmadın
Nərgiz: səndən bir xaişim olacaq

(ikinci hissənin sonu)


Müəllif: Ali Məmmədli

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 316 327 340 359 350

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.