reklam
Payız Payız http://loading.az/uploads/posts/2017-10/thumbs/1507219037_payy.jpg
Khalifa

Khalifa Şeirlər 5-10-2017, 20:45

Payız

Payız

Payız vaxtı tənhalıq çətin gəlir adama…
Nakam, qəmli ömrümdən sevinc, şadlıq yan qaçır
Bu fəslin səhəri də , bu fəslin gecəsi də,
Kədər, həsrət qoxuyur, ürəyimə qəm saçır.





Eşqimdən küsdüyüntək payız özündən küsüb,
Mənim ürəyim kimi əldən düşüb, qocalıb.
Mən sənin nəfəsinə həsrət qaldığım kimi,
Deyəsən bu payız da bahara həsrət qalıb.




Bəlkə də aldatmısan mənə "sevirəm" deyib
Bəlkə artıq silmisən mənlə keçən illəri.
Bir gün geriyə dönüb, özün qayıtmasan da,
Özünlə apardığın baharı qaytar geri.




Gör neçə fəsildir ki, sən məni tərk etmisən;
Getdiyin cığır itib, yollarda yoxdur izin…
O gün qəddarcasına bizi ayıran payız,
Bir gün soyuq qəbirdə qovuşdurar, əzizim.




Payız


Dərc etdi : PsiXoPaTKa

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
346 327 412 368 318 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.