LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
♥Мой Мир♥

♥Мой Мир♥ Sevgi 8-12-2015, 18:06

Sevgiylə mənə yaşamağı öyrətdin

Sevgiylə mənə yaşamağı öyrətdin
LoaDinG.Az xəbər saytı

Sevgisiylə mənə yaşamağı iyirmimdə yenidən öyrədən dəyərlim...

Yenə bir axşamçağı ruhumu, mənliyimi və ürəyimi yığıb içimdəki səni sətirlərə tökməyə qərar verdim... Səni yaşayarkən eşqi yazıram göyqurşağı rəngindəki qələmimlə... Buzlara tutulmuş könlüm sənin sevgində baharı yaşadı... Köçəri quşlar yenə baharda çiyinlərimdəykən sənin adını fısıldayırdım onlara... Nazlı çiçəklərə sənin gözəlliyini izah edirəm təlaşlı-təlaşlı...

Gözlərimdəki həyəcan əllərimə əks olunur... Qələmim adını yazır əllərimin uzana bildiyi hər yerə... Qorxularıma qarsı sənin gül cəmalına sığınıram... İçdən-içə sənin adında yanır peşmanlıqlarım... Yandıqca ağrılarım, külləndikcə közlərim səni daha çox sevirəm... Azan səsinə vərdiş könlümə bir hədiyyə olaraq verir qaranlıq gecələr... Sevmədim qatran tündü gecələri səndən əvvəl... Amma gecəni sevdirdin mənə... Elə ki, ulduzlar səmaya asıldıqlarında ilk işıqda gözlərini xatırlayıram... Mənliyimi, ümidlərim səninlə var olur sanki...
Susamış tam iyirmi il sənə... Gözlədiyim və yalançı baharlar sən zənn etdiyiniz baharımdı, ürəyim və qaranlıqdan sonra səhər vaxtımdı adın... Gözlərimi dağın ətəklərində günəşə çevirmişkən kürəyimə vurur dəli küləklər... Üşüyürəm bir an, amma sənin atəşin alov topuna çevrilir ürəyimdə... Yanıram yandıqca içimdə səni də yandırıram... Divarlarda böyüyür gözlərin... Xəyallarıma əl qoyur dəli sevdan... Səni sevdikcə sözlərim ahəngə bürünür... Torpaqda toxum misalı dörd fəsil sənin sevdana gözləyirəm...
Heç üşüməyəcək tumurcuqların mənimlə baharımda... Həm dilimdə adın əks-səda tapacaq çılpaq dağların ardında... Su axtaran bir ceyran balası kimi sevgilərə susadığımda həyata sevinclərini doya-doya içkim oldun... Ayrılıq dəftərini isə tozlu rəflərə qaldırdım... İçimdəki yaraları sevginin məlhəmi ilə sardım... Baxdım sənlə həyat gözəldir, özümü sənə həsr etdim...

Sevgiylə mənə yaşamağı öyrətdin

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
608 600 568 512 598 530

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.