reklam
Həyat və ölüm Həyat və ölüm http://loading.az/uploads/posts/2017-09/1505567518_16-18-04-1505558551_1257181643_5258b223eab84c84f0b5dc5409e30be6.jpg
amon

amon Hekayələr 13-01-2021, 00:29

Həyat və ölüm

Həyat və ölüm
Həyat və ölüm

Bir adam Afrikaya səyahətə gedir.
Gəzinti əsnasında arxadan
bir aslanın ona doğru gəldiyini görür.
Sürətlə qaçıb aslandan canını qurtarmaq istəyərkən öndə bir quyuya rast gəlir.
Yoğun bir kəndir quyunun içərisinə doğru uzanırdı.
Adam kəndirə sarılıb quyuya enir.
Quyunun dibində böyük bir ilanın olduğunu fərq edir.
İlan sürətlə ona tərəf sürünərkən adam dəhşətə gəlir.
Nə edəcəyini bilmir.
Yuxarıda aslan,aşağıda ilan.
Bu an biri ağ,digəri qara rəngli iki iri siçan kəndiri dişləri ilə gəmirməyə başlayır.
Hər tərəfdən başı bəlada ikən adam dodağında islaq bir şey hiss edir.
Bir arı onun dodağına bir damcı bal damızdırmışdı.
Adam yuxudan oyanır.
Allahım, bunlar nə yaxşı yuxu imiş.
Bir din xadiminə yuxusunu danışır adam.
Yuxu yozan gülərək:
Hələ anlamamısanmı ?
Arxadan gələn aslan ölüm mələyidir.
İçində ilan olan quyu sənin məzarındır.
Sarıldığın ip sənin həyatındır.
Ağ və qara siçan gecə və gündüzdür,həyatını gəmirir.
Bəs o bal nədir ?
Dünyanın keçici ləzzətidir.
Ölümün arxasında bir hesab olduğunu sənə unutdurur... !!!


Həqiqətən mən çox bəyəndim buyurun


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
288 330 317 271 322 263

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.