HASANLY

HASANLY Xəbərlər 7-05-2025, 14:29

Hindistanın Baş naziri Narendra Modi xarici səfərlərini ləğv etdi

Hindistanın Baş naziri Narendra Modi xarici səfərlərini ləğv etdi

Hindistanın Baş naziri Narendra Modi gələn həftə Xorvatiya, Norveç və Niderlanda planlaşdırılan səfərlərini ləğv edib.

Loading.Az-ın xəbərinə görə, bu barədə "News18" telekanalı hökumətdəki mənbələrə istinadən məlumat verib.

Telekanalın qeyd etdiyi kimi, səfərlərin ləğv edilməsinin rəsmi səbəbləri açıqlanmasa da, qərar Hindistanın Pakistandakı hədəflərə raket zərbələri endirməsindən sonra regional gərginliyin artdığı bir dövrdə verilib.

Telekanal bildirib ki, təhlükəsizlik sferasında vəziyyətin dəyişməsi fonunda hadisələrin inkişafı diplomatik prioritetlərin potensial yenidən qiymətləndirilməsinə gətirib çıxara bilər, çünki Pakistanda əməliyyatdan sonra baş nazirin diqqəti ehtimal ki, daxili və regional məsələlər üzərində cəmlənməyə davam edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
29 15 19 25 26 19

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.