ice berg

ice berg Mətbəx 4-05-2025, 08:00

Qəlyanaltı keksi: dadlı səhər yeməyi üçün RESEPT

Qəlyanaltı keksi: dadlı səhər yeməyi üçün RESEPT

Qəlyanaltı keks — səhər yeməyi, piknik, sendviç əvəzi və ya bayram süfrəsi üçün əla seçimdir.

 

Loading.aZ bu keks reseptini sizə təqdim edir:

 

Hazırlanma müddəti: 50 dəqiqə

100 q üçün qida dəyəri: 273 kkal


Tərkibi:

Buğda unu – 120 q

 

Toyuq yumurtası – 3 ədəd

 

Süd – 50 ml

 

Kərə yağı – 80 q (əridilmiş)

 

Yarımhisə verilmiş kolbasa – 130 q

 

Sərt pendir – 30 q

 

Qabarma tozu (razıxlitel) – 1 çay qaşığı

 

Bibər (bolqar) – 0,5 ədəd

 

Yaşıl soğan – 4 sap

 

Duz – 0,5 çay qaşığı

 

İstiot (qara, üyüdülmüş) – zövqə görə

 

Bitki yağı – formanı yağlamaq üçün

 

Küncüt – üzərinə səpmək üçün

 

Hazırlanması:

Kolbasa və bolqar bibərini kiçik kub şəklində doğrayın. Yaşıl soğanı yuyun, kağız dəsmalla qurudun və xırda doğrayın. Pendirini orta rəndədən keçirin. Yumurtaları duzla birlikdə çalın. Qarışığa əridilmiş kərə yağı və süd əlavə edin. Ələnmiş unu və qabarma tozunu hissə-hissə əlavə edib qarışdırın. Doğranmış kolbasa, pendir, bolqar bibəri, yaşıl soğan və istiot əlavə edib yaxşıca qarışdırın. Sobaya qoyacağınız formanı bitki yağı ilə yağlayın, qarışığı ora tökün, səthini hamarlayın və üstünə küncüt səpin. Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 30 dəqiqə bişirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
36 17 24 19 28 23

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.