Donald Tramp: "Roma Papası olmaq istəyirəm"

ABŞ prezidenti Donalt Tramp jurnalistlərin Roma Papası ilə bağlı sualına yumoristik cavab verib. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, Tramp müxbirin növbəti Papanın kim olmasını istədiyi ilə bağlı sualına yumoristik tonla belə cavab verib: "Mən Papa olmaq istərdim. Bu, mənim bir nömrəli seçimim olardı. Bilmirəm. Üstünlük hiss etmirəm. Amma deməliyəm ki, Nyu York adlı bir yerdən çox yaxşı bir kardinalımız var, görək nə olacaq".
Trapın bu cavabı dünya mediasında gündəm mövzusu olub.