"Real Madrid" klubu "Liverpul"un müdafiəçisini heyətinə qatmağa çalışır

İspaniyanın "Real Madrid" klubu "Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldu sıralarına qatmağa çalışır.
Loading.Az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
Mənbə yazır ki, "Kral klubu" 2025-ci ilin Klublararası Dünya Çempionatında 26 yaşlı müdafiəçinin xidmətindən yararlanmaq istəyir.
Məlumat üçün əlavə edək ki, "Liverpul" akademiyasının yetirməsi olan futbolçunun mersisaydlılarla müqaviləsi cari il iyunun 30-da bitir.