ice berg

ice berg Xəbərlər 28-04-2025, 20:15

Azərbaycanda keçiriləcək dörd sərgidə 30-dan çox Çin şirkəti iştirak edəcək

Azərbaycanda keçiriləcək dörd sərgidə 30-dan çox Çin şirkəti iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə etdiyi son səfər iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm mərhələ oldu.

 

Belə fəal əməkdaşlıq fonunda iki ölkə arasındakı biznes fəaliyyəti artır, bu amil isə xüsusilə Çin şirkətlərinin Bakıdakı beynəlxalq ticarət sərgilərində iştirakı ilə özünü parlaq şəkildə əks etdirir.

 

Beləliklə, 2025-ci ilin yaz sərgi mövsümü çərçivəsində Azərbaycanda "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətləri tərəfindən təşkil edilən dörd mühüm sərgidə 30-dan çox Çin şirkəti iştirak edəcək. Bu sərgilər iqtisadiyyatın strateji sahələrini – kənd təsərrüfatı, qida sənayesi, energetika, nəqliyyat və logistika sahələrini əhatə edir.


18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində 10 Çin şirkəti iştirakını təsdiqləyib. Bu şirkətlər sırasında "Beijing Yifan Technology", "HEFS Food", "Linyi Chengmei Peanut Foodstuff", "Lovol", "RegAgro Tech", "Shanghai Allynnav Technology", "Shandong Binnong Technology" və digər şirkətlər yer alır.

 

Regionun ən böyük energetika tədbiri olan 30-cu Yubiley “Baku Energy Week” (Bakı Enerji Həftəsi) xüsusi diqqət çəkir. Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gas”, “Caspian Power” sərgiləri və “Baku Energy Forum” keçiriləcək. Hazırda 21 Çin şirkətinin bu tədbirdə iştirakı təsdiqlənib. Onlar arasında “GS Oiltools", "Hangzhou Fortune Gas Cryogenic Group", "Hebei Longway Petroleum Equipment", "Jiangsu Changbao Steel Tube", "Linzhou Fengbao Pipe Industry", "LONGi Solar Technology", "Neway Valve" (Suzhou) və digər tanınmış şirkətlər yer alır.

 

22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisində isə Çin şirkətləri olan “Qingdao Fengtie International Logistics” və “Shenzhen Morning Int’l Shipping” artıq iştiraklarını təsdiqləyiblər.

 

Çin şirkətlərinin sərgilərdə fəal iştirakı, Azərbaycanın Avrasiyada logistika, energetika və kənd təsərrüfatı sahələrində strateji əhəmiyyətini bir daha vurğulayır, həmçinin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsinə olan artan marağını da aydın şəkildə nümayiş etdirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
32 44 44 30 20 53

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.