AzizA

AzizA Sağlamlıq 25-04-2025, 12:30

Qeyri-sabit yuxu piylənmə riskini artırır

Qeyri-sabit yuxu piylənmə riskini artırır

Çinin Futszyan Tibb Universitetinin alimləri maraqlı nəticəyə gəliblər: qısa və qeyri-sabit yuxu rejimi piylənmə riskini ciddi şəkildə artırır.

Bu qənaət "BMC Public Health" elmi jurnalında dərc olunan genişmiqyaslı tədqiqatın nəticələrinə əsaslanır.

Tədqiqat çərçivəsində orta yaşı 50,5 olan 4 min 540 nəfərin sağlamlıq göstəriciləri təhlil olunub. Alimlər ABŞ-nin Milli Sağlamlıq və Qidalanma Müayinəsi proqramının məlumatlarından istifadə ediblər. Könüllülərin yuxu müddəti, gündüz yuxululuğu və yuxuya getməkdə çətinlik kimi meyarlar nəzərə alınıb və onların yuxu rejimi üzrə üç qrupa bölünüb: sağlam, orta və qeyri-sağlam yuxusu olanlar.

Məlum olub ki, keyfiyyətsiz yuxusu olan insanların piylənmə ehtimalı yaxşı yatanlarla müqayisədə 41 faiz daha yüksəkdir. Maraqlıdır ki, bu risk cins, yaş, təhsil səviyyəsi və digər fərdi amillərdən asılı olmayaraq eyni qalır. Eyni zamanda yalnız az yatmaq deyil, gec saatlarda yatmaq və yuxu cədvəlinin qeyri-müntəzəmliyi də piylənmə riskini artıran faktorlardandır.

Alimlərin fikrincə, yuxu və oyaqlıq dövrəsinin pozulması maddələr mübadiləsinə birbaşa təsir edir. Sirkadiyan ritmlərin dəyişməsi enerji sərfiyyatı, maddələrin orqanizmdə çevrilməsi və iştahanı tənzimləyən hormonların səviyyəsinə təsir göstərir. Əvvəlki araşdırmalar da bunu təsdiqləyib: yuxunun 10 saatdan 4 saata qədər azaldılması aclıq hormonu olan qrelinin səviyyəsini 28 faiz artırır, toxluq hormonu leptinin isə 18 faiz azalmasına səbəb olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
48 26 41 34 42 24

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.