ice berg

ice berg Sağlamlıq 25-04-2025, 10:00

Toyuq yumurtasının gözlənilməz FAYDALARI

Toyuq yumurtasının gözlənilməz FAYDALARI

Alimlərin fikrincə, toyuq yumurtasının sarısı və ağını mütləq rasiona daxil etmək lazımdır. Toyuq yumurtaları ən əlçatan zülal mənbələrindən biri hesab olunur. Lakin “sarısı daha faydalıdır, yoxsa ağ?” sualı mübahisələrə səbəb olur.

 

Loading.aZın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislər bu komponentləri təhlil edərək, onların fərqlərini və faydalarını açıqlayıblar.

 

Yumurta ağı cəmi 17 kalori qarşılığında 3 qramdan çox zülal ehtiva edir. Bu da onu idmançılar və pəhriz saxlayan insanlar arasında məşhur edir. Ağı tamamilə yağsız və xolesterinsizdir, bu isə xüsusilə bodibildinqlə məşğul olanlar üçün dəyərlidir. Sarısı isə eyni zamanda həm zülal mənbəyidir – təxminən 3 qram zülal və 55 kalori ehtiva edir. Üstəlik, sarı ağda olmayan vitamin və minerallarla zəngindir.


Sarının tərkibində dəmir və kalsium, eləcə də B5, B12 vitaminləri və beyin fəaliyyəti üçün vacib olan xolin yüksək miqdarda olur. Ağ isə kalium və riboflavin (qidanı enerjiyə çevirən maddə) baxımından üstünlük təşkil edir. Hər iki komponent doqquz vacib (əsas) amin turşusunu özündə cəmləyir. Amma yumurta ağı alanin və asparagin turşusu kimi bəzi amin turşularının tərkibi baxımından liderdir.

 

Mütəxəssislər vurğulayırlar ki, ağı və sarısı arasında seçim qidalanma məqsədinizdən asılıdır:

 

Yumurta ağı – az kalorili rasion üçün idealdır.

 

Sarısı – yüksək mikroelementli balanslı qidalanma üçün uyğundur. Lakin birlikdə qəbul edildikdə, onlar tam və faydalı bir qida məhsulu yaradır – bu da sağlamlığı qorumaq üçün əla seçimdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
30 31 27 19 30 37

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.