Rumıniyanın FCSB klubunun gənclərdən ibarət komandasının yarımmüdafiəçisi Lukas Manolake uzun müddət davam edən davam edən müəmmalı xəstəlikdən sonra həyatını itirib.
Take.Az xəbər verir ki, cəsədin yarılmasından sonra həkimlər 19 yaşlı futbolçunun ölüm səbəbinin mədə turşusundan zəhərlənmə və ağır ağciyər infeksiyası olduğunu bildirib.
Bir neçə gün öncə futbolçu özünü narahat hiss edib və onun xəstəxanaya yerləşdirilməsi üçün təcili tibbi yardım çağırılıb. Həkimlər futbolçunun sağalması üçün əllərindən gələni etsələr də, onun orqanizmi mədə şirəsinə mənfi reaksiya verməyə başlayıb və bu, boğulmasına səbəb olub. Həkimlər futbolçunun anasına oğlunun ölüm şəraitinin son dərəcə nadir olduğunu bildiriblər.
LoaDinG.Az - Həyat Hekayəni Yarat

Rumıniya klubunun gənc futbolçusu müəmmalı xəstəlikdən sonra vəfat edib

LoaDinG.Az xəbər saytı

LoaDinG.Az xəbər saytı