İğdır-Naxçıvan qaz xəttinin açılışı olub. Naxçıvana qazın İrandan gəldiyini nəzərə alsaq,İğdır-Naxçıvan qaz xətti İran-Azərbaycan münasbətlərinə mənfi təsir edə bilərmi?
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sun.Az -a bildirib ki, İğdır-Naxçıvan qaz xətti Azərbaycan-İran münasibətlərində qarşıdurma yaratmayacaq: "Bunun İran-Azərbaycan münasibətlərinə ciddi təsir edəcəyini düşünmürəm. Azərbaycan öz seçimini etməkdə azaddır. Belə bir addımın atılması normaldır. Ola bilər ki qarşı tərəfdən müəyyən narahatlıqlar doğursun. Amma bu qarşıdurma səviyyəsinə getməyəcək. Azərbaycanın seçiminə təbii yanaşılmalıdır. Burada qarşıdurmadan söhbət gedə bilməz. İran Azərbaycanın seçiminə hörmətlə yanaşmalıdır".
LoaDinG.Az - Həyat Hekayəni Yarat

"İğdır-Naxçıvan qaz xətti Azərbaycan-İran münasibətlərində qarşıdurma yaratmayacaq" - Ceyhun Məmmədov

LoaDinG.Az xəbər saytı

LoaDinG.Az xəbər saytı