LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Məşhurlar 4-03-2025, 15:00

Roza Zərgərli toy qiymətini açıqladı

Roza Zərgərli toy qiymətini açıqladı
LoaDinG.Az xəbər saytı
Müğənni Roza Zərgərli toy qiymətini açıqlayıb. Loading.aZ xəbər verir ki, bu barədə o, "Afaqla onlar” verilişində danışıb.

Roza aparıcı Afaq Gəncəlinin "Bir nəfər mənə dedi ki, Roza xanım son mahnısından sonra toy qiymətini artırıb. Deyir, onu dəvət etdik, 15 min manat istədi. Bu, doğrudur” sualını cavablandırıb: "Düzdür, lakin mahnıdan sonra belə deyil. Bilirsən ki, 2019-cu ilə qədər tədbirlərə getmirdim. Arada açılışlarda olurdum, ora da təmənnasız gedirdim. Həyatımda bəzi məqamlar dəyişdi. O vaxt həyat yoldaşım məclislərə getməyə icazə vermirdi. Ondan sonra toylara gedirdim. Son mahnıya qədər yarım saatlıq çıxışın qiyməti fərqli idi, bütov tədbiri idarə etməyin qiyməti fərqli. Yarım saatlıq çıxış 5 min manat idi, bütöv tədbir idarəsi isə 12 min manat. Müraciət edənlər də bütöv tədbir üçün yazırlar, mən də 15 min manat deyirəm, yəni arada 3 min manat fərqi var. Yeri gələndə statusu, sənəti məndən aşağı olanlar 8-10 minə gedirlər. İnsanlar da var ki, bütün toyu fonoqramla idarə edirlər, qiyməti məndən qat-qat üstündür. Yarım saat üçün mənə müraciət hələ gəlməyib, 8 Mart üçün gəlib, onda da burada olmayacağımı demişəm. Bildirmişəm ki, qiymət budur, bayramlarda isə ikiqat olacaq. Digər ölkələr üçün də qiymət eynidir, sadəcə dollarla hesablanır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
91 87 0 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.