LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Kişilər 3-03-2025, 11:00

Kişilərin dediyi bu 10 sözü heç vaxt qəbul etməyin

Kişilərin dediyi bu 10 sözü heç vaxt qəbul etməyin
LoaDinG.Az xəbər saytı
Psixoloqlar, münasibətlərdə kişilər tərəfindən deyilən və qadınların qəbul etməməli olduğu 10 ifadəni müəyyən ediblər.

Loading.aZ xəbər verir ki, bu ifadələr adətən, emosional manipulyasiya və hörmətsizliyi əks etdirir. Layf-koç və seksoloq Vitali Kursik həmin ifadələri aşağıdakı kimi sıralayıb:

1. "Mənsiz sən heç kimsən"

Bu ifadə, tərəfdaşın dəyərini azaltmağa və onun özünəinamını sarsıtmağa yönəlib. Sevən insanlar bir-birinin özünəinamını məhv etməyə çalışmazlar.

2. "Əgər məni həqiqətən sevirsənsə, onda..."

Bu cür emosional şantaj, tərəfdaşı istənilən şəkildə davranmağa məcbur etmək məqsədi daşıyır. Yetkin insan hisslərlə manipulyasiya etməz.

3. "Sən hər şeyi uydurmusan, mən belə deməmişəm"

Bu, qazlaytinqin tipik nümunəsidir – yəni, qurbanın hisslərini və xatirələrini şübhə altına almağa çalışmaqdır. Sizin hissləriniz önəmlidir və heç kim sizi öz reallığınıza şübhə etməyə məcbur etməməlidir.

4. "Qadın öz yerini bilməlidir"

Bu ifadə, tərəfdaşın sizi özünə bərabər görmədiyini göstərir. Bu, açıq-aşkar hörmətsizlik və nəzarət etmə istəyinin göstəricisidir.

5. "Sən kimə lazımsan?"

Bu cür ifadə, özünəinamı azaltmağa və ayrılıq qorxusu yaratmağa yönəlib. Bu, toksik münasibətlərdə insanı saxlamaq üçün manipulyasiya formasıdır.

6. "Səni təmin edə bilərəm, amma..."

Tərəfdaş maddi dəstəyi nəzarət vasitəsi kimi istifadə edirsə, bu, qayğı deyil, dominantlıq üsuludur.

7. "Mən belə insanam və dəyişmək fikrim yoxdur"

Bu, onun hər hansı çatışmazlığı ilə barışmalı olduğunuz və hətta qəbuledilməz davranışa dözməli olduğunuz anlamına gəlir. Sağlam münasibətlərdə hər iki tərəf öz üzərində işləməyə hazır olmalıdır.

8. "Əgər bunu etməsən, başqasını tapacağam"

Şantaj və təhdidlər toksik davranışın açıq formasıdır. Belə hallarda dərhal ayrılmaq daha yaxşıdır.

9. "Məni əsəbiləşdirmə"

Bu ifadə, aqressiyanın xəbərçisi ola bilər. Bu, tərəfdaşın qəzəblənməsi halında məsuliyyəti sizin üzərinizə yükləmək deməkdir.

10. "Mən belə davranıram, çünki sən məni buna məcbur edirsən"

Əgər insan öz hərəkətlərinə görə məsuliyyəti üzərinə götürmür və günahı sizə yükləyirsə, bu, manipulyasiyanın açıq göstəricisidir. Hər kəs öz davranışına görə məsuliyyət daşıyır və kobudluq və ya zorakılığı xarici amillərlə əsaslandırmaq yolverilməzdir.

Əgər kişi mütəmadi olaraq bu cür ifadələrdən istifadə edirsə, bu, münasibətlərin gələcəyi haqqında düşünmək üçün səbəbdir. Onun dəyişəcəyinə ümid etmək, çox güman ki, faydasızdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
111 96 0 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.