LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
AzizA

AzizA Sağlamlıq 1-03-2025, 13:00

Piylənmənin qarşısını almağın yolu

Piylənmənin qarşısını almağın yolu
LoaDinG.Az xəbər saytı
Stress səbəbindən yuxu problemi yarandıqda orqanizmdə piylənmə zamanı ortaya çıxan patoloji proseslər başlaya bilər.

Bu barədə rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova özünün "Telegram" kanalında yazıb.

Həkim bildirib ki, yuxusuzluq və artıq çəki arasında əlaqə 240 nəfərin iştirak etdiyi elmi təcrübə zamanı müəyyən edilib. Könüllülər 24 saat yatmayıblar, buna görə də gənc və sağlam insanlarda immun hüceyrələrinin fəaliyyəti dəyişib. Yuxusuzluq zamanı bu hüceyrələr (qeyri-klassik monositlər) piylənmədən əziyyət çəkən şəxslərin hüceyrələrinə bənzəyir, onlarda gizli iltihabın səviyyəsi daha yüksəkdir və yuxu ilə bağlı problemlər var.

Pavlova xəbərdarlıq edib ki, yalnız artıq çəkidən əziyyət çəkənlər deyil, hətta arıq insanlar belə yuxusuz qalmaqdan çəkinməlidirlər. O əlavə edib ki, uzun müddət ərzində yuxusuz qalmaq xroniki iltihabın yaranmasına səbəb ola bilər və müxtəlif xəstəliklərin riskini əhəmiyyətli dərəcədə artıra bilər.

"Yuxunun keyfiyyətinin yaxşılaşdırılması iltihabı azalda və sağlamlıq səviyyəsini artıra bilər. Ona görə də həftəsonları belə, səkkiz saat yatmalı, eyni vaxtda oyanıb, eyni saatda yatmağa çalışmalı və yataq otağını mümkün qədər qaranlıq etməliyik", - deyə həkim yekunlaşdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
117 124 0 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.