LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
AzizA

AzizA Texnologiya 1-03-2025, 12:00

"OpenAI" yeni süni intellekt modelini təqdim etdi

"OpenAI" yeni süni intellekt modelini təqdim etdi
LoaDinG.Az xəbər saytı
ABŞ-nin "OpenAI" şirkəti yeni "GPT-4.5" süni intellekt modelini təqdim edib.


"Biz indiyədək ən böyük və ən yaxşı çatbot modelimiz olan "GPT-4.5"in ilkin versiyasını təqdim edirik. "GPT-4.5" əsaslandırma olmadan işarələri tanımaq, əlaqələr qurmaq və yaradıcı ideyalar yaratmaq qabiliyyətini təkmilləşdirir", - yazıda qeyd olunub.

Yeni versiya istifadəçilərin istəklərinə daha yaxşı cavab verir ki, bu da onu yazı və proqramlaşdırma üçün daha faydalı edir. "OpenAI"da "GPT-4.5"in əvvəlki modellərə nisbətən daha az səhvə meyilli olacağı hesab edilir.

Qeyd olunub ki, "GPT-4.5" nəzarətsiz öyrənmənin miqyasını genişləndirmək nümunəsidir. Bu model "Microsoft Azure" superkompüterlərində hazırlanıb. O, daha böyük biliyə malikdir və dünyanı daha dərindən başa düşür ki, bu da süni intellektin hallüsinasiyalarının sayını azaldacaq və onu daha etibarlı edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
580 554 0 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.