LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg İslam Dini 1-03-2025, 09:00

İslam tarixindən hikmətli sözlər

İslam tarixindən hikmətli sözlər
LoaDinG.Az xəbər saytı
Həzrət Əlinin (ə) sadiq səhabəsi və sərkərdəsi Malik Əştər xalq içində sadə geyimdə gəzər, özünü sıravi insanlardan ayırmazdı. Bir gün kasıbyana geyinmiş Malik bazar¬dan keçəndə, satıcılardan biri onu tanıma¬yıb, üstünə xürma tumu atdı. Malik Əştər heç nə demədi, oradan keçib, məscidə getdi. Bazardakılar satıcını danlayıb, sataşdığı adamın Malik Əştər olduğunu söylədilər. Özü¬nü itirmiş satıcı dərhal Malikin ardınca getdi və məsciddə onu tapıb ayaqlarına düşdü, bağışlanmasını istədi. Malik ona belə dedi: «Mən sənə qarşı zər¬rə¬cə kin bəs¬ləmirəm. Məscidə də ona gö¬rə gəldim ki, na¬maz qılıb Allahdan sənin üçün əfv diləyim». Sultan Mahmud Qəznəvi böyük sufi Şeyx Əbülhəsən Xərqaninin görüşünə gedir. Xahiş edir ki, ona nəsihət versin. Şeyx buyurur: «Günahlardan çəkin, rəiyyətin hüququnu qoru və səxavətli ol». Sultanın: «Mənim üçün dua et», – xahişinə şeyx belə cavab verir: «Mən hər namazda möminlər üçün dua edirəm. Elə et ki, möminlərdən sayılasan və duam sənə də aid olsun».

Sultan bir kisə qızılı sufinin qabağına qo¬yub deyir: «Bunu məndən qəbul et». Cavabında şeyx xidmətçilərə tapşırır ki, süfrə sərsinlər. Öz gündəlik yeməyi olan arpa çörəyindən götü¬rüb sultana təklif edir. Sul¬tan Mahmud çö¬rəkdən bir tikə kəsib ağzına aparır, amma yeyə bilməyib ağzından çı¬xarmalı olur. Şeyx Əbülhəsən buyurur: «Necə ki, mə¬nim çörə¬yim sənin boğazından keçmədi, sənin də qızılların mənim boğazımdan keç¬məz. Pulunu götür». Yəhya ibn Məaz Razinin hikmətli kəlamlarından: «Qiymətli söz gözəl şeydir. Amma sözün mənası ondan da gözəldir. Sözə əməl etmək mənadan da yaxşı¬dır. Əməl etməyin savabı bundan daha üstündür. Bunların hamısından yaxşısı isə Allahın razılığıdır». Əbu Səid Əbül-Xeyrin yanında bir nəfər¬dən söz salıb deyirlər: «Filankəs suyun üzə¬rində gəzir». Şeyx sakit halda cavab verir: «Nə olsun ki? Su quşları da suyun üzərində gəzir». Başqa bir adam barəsində söyləyirlər: «Filankəs havada uçur». Şeyx sakitliyini poz¬madan buyurur: «Çətin iş deyil. Milçək də uçur». Yenə bir nəfərdən söhbət düşəndə heyranlıqla deyirlər: «Filankəs bir anda bu şəhərdən başqa şəhərə hərəkət edə bilir». Əbu Səid cavab verir: «Şeytan da göz qırpı¬mında şərqdən vurub qərbdən çıxır. Bunların heç biri böyük iş deyil. Kişi odur ki, cəmiyyət içində durub-otursun, gününü camaatla ke¬çirsin, amma bir an da Allahı unutmasın».


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
130 144 0 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.