cabir

cabir Xəbərlər 26-02-2025, 19:00

Xəstəxanada dünyasını dəyişən Türkan nişanlı imiş: Yaxın zamanlarda toyu olacaqdı

Xəstəxanada dünyasını dəyişən Türkan nişanlı imiş: Yaxın zamanlarda toyu olacaqdı
Gəncədə əməliyyata hazırlaşan gənc qız əməliyyat masasına çatmadan dünyasını dəyişib. Sun.Az Xəzər TV-yə istinadən məlumat verir ki, 23 yaşlı qız xəstəxanada vəfat edib.

Hadisə şəhər ərazisində yerləşən özəl klinikalardan birində qeydə alınıb. Fevralın 10-u tibb müəssisəsinə müraciət edən Türkan Balakişizadənin əməliyyatdan öncə halı pisləşib. Xəstə reanimasiya otağına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Balakişizadənin həyatını xilas etmək mümkün olmayıb, o, dünən xəstəxanada vəfat edib.

Yaxınlarının verdiyi məlumata əsasən, daha əvvəldən Türkanın səhhəti ilə bağlı heç bir problemi olmayıb, əməliyyatdan öncə isə lazım olan bütün müayinələrdən keçib.

Gənc qızın dəqiq ölüm səbəbi hələlik məlum deyil, xəstəxanadan məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, Türkan nişanlı olub, yaxın zamanlarda toyu olacaqdı.

Ətraflı süjetdə:
https://youtu.be/-L0qu1XyDA4

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
187 148 19 30 15 11

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.