Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirildi

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi, Xocalı və Ağdərə şəhərlərində dövlət qurumlarına məxsus inzibati binaların qarşısında Azərbaycan bayrağı yarıyadək endirilib. Sun.Az xəbər verir ki, bu gün saat 17:00-da Xocalı faciəsinin qurbanlarının xatirəsinə ehtiram olaraq ölkənin bütün ərazisində bir dəqiqəlik sükut elan olunacaq.