ice berg

ice berg İdman 23-02-2025, 14:00

"Real" onu heç kimə satmır

"Real" onu heç kimə satmır
Bir neçə Avropa klubu "Real Madrid"in 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensio ilə maraqlanıb.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, son transfer pəncərəsi zamanı PSJ ispan futbolçunu almağa cəhd edib. Los Blankosun isə Asensionu satmaq fikrində olmadığı deyilir.

Futbolçu özü də kral klubundan ayrılmaq istəmir. 22 yaşlı müdafiəçinin müqaviləsində sərbəst qalma məbləği 50 milyon avro göstərilib.

Bu mövsüm Asensio bütün yarışlarda 34 oyunda iştirak edib və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 7,5 milyon avrodur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
674 702 19 7 21 18

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.